Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:20

“Çörək ucuzlaşdı, bəs başqa ərzaq məhsulları?”


►“Unun qiymətinin aşağı düşməsi ilə problem həll olmur. Əslində heç düşmür də, əvvəlki qiymətdən yenə də 4-5 manat yuxarıdır”.

Bunu Ağcabədi sakini Rəşid Nəcəfli deyir. Onun sözlərinə görə, idxal una əlavə dəyər vergisinin (ƏDV) götürülməsi qiyməti nisbətən ucuzlaşdırıb, amma bu, camaatı qane eləmir. Niyəsini müsahibimiz belə izah edir:

“Düzdür, çörək vacib şərtdir. Amma bir çörəklə həyat düzəlmir axı. Hər şeyin, bütün ərzaq məhsullarının qiyməti qalxıb. Maaş yox, iş yox, olanlarda da ixtisar gedir”.

“Bu, Azərbaycan əhalisinə böyük dəstəkdir”

Ölkənin iri un istehsalçılarından biri “Neon” firması isə buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı üzrə ƏDV-nin götürülməsini müsbət qarşılayır. Müəssisənin direktoru Arif Həsənov APA-ya bildirib ki, ƏDV-dən azad olunduqdan sonra firmada istehsal olunan 50 kiloqramlıq 1 kisə əla növ unun qiyməti 22,5 manat olub:

“Hökumət tərəfindən bizə çox böyük dəstək verildi. İstehsalçılarla yanaşı, bu, Azərbaycan əhalisinə böyük dəstəkdir. Çörək - strateji məhsuldur. Təbii ki, ölkə başçısının tapşırığı ilə atılan addım istehsalçılar üçün böyük dəstəkdir və bunun nəticəsi olaraq, ƏDV-dən azad olunduqdan sonra biz qiymətləri endirdik", - deyə A. Həsənov qeyd edib.

Buna da bax: Neftin qiyməti 30 dollardan da aşağı düşdü

“Çörəyi bahalaşdırmaq olmaz”

İqtisadiyyat və Sənaye Nazirliyi isə yanvarın 15-də bildirib ki, ƏDV-nin götürülməsindən sonra ölkədə daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb.

Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılacaq.

Unu və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görüləcək, deyə nazirlik xəbərdarlıq edir.

Bəs süni qiymət artıranlar kimlərdir?
Gözlə

No media source currently available

0:00 0:13:34 0:00

“Məmur kimdi ki, çörəyin qiymətinə nəzarət etsin?”

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov nazirliyin bu xəbərdarlığını qanunsuz sayır, deyir ki, hər hansısa məmurun ixtiyarı yoxdur ki, unun, çörəyin qiyməti ilə bağlı bazara diktə etsin:

“Hökumət ƏDV-ni götürməli idi, ancaq bazara inzibati yolla müdaxilə etməməliydi. Məmur kimdi ki, gedib mağazaları gəzib qiymətlərə nəzarət eləsin? Dünya bazarında ərzaq buğdasının qiymətində artim var. Hökumət daxili istehsalı artırmalıdır. İndi ƏDV-ni götürdü, bəs sonra nə olacaq? Bilirsiz ki, get-gedə ölkənin gəlirləri azalır, bizim idxala ehtiyacımız artır. ƏDV-nin götürülməsi o deməkdir ki, daxili istehsal stimullaşdırılmayacaq”.

“Gah götürürlər, gah tətbiq edirlər”

Ekspert hesab edir ki, yerli fermerlər rus, qazax fermerləri ilə rəqabətə girə bilməsələr də, ölkənin buğda idxalından asılılığı azaldılmalıdır. Onun sözlərinə görə, monopoliya aradan qaldırılmalı, yerli istehsala şərait yaradılmalıdır. Vahid Məhərrəmov ona diqqət çəkir ki, ƏDV-nin buğdadan götürülməsi birinci dəfə deyil, “gah götürürlər, gah tətbiq edirlər” deyən ekspert ortada ziddiyyətli məqamların olmasını bildirir. O, valyuta bazarındakı çaxnaşmanın, tələbata uyğun olmayan dollar satışının sahibkarlığa vuracağı ziyana diqqət çəkir.

Buna da bax: "Bu, monopolistlərin qələbəsi sayıla bilər"

“İnhisar ləğv olunmalı, diqqət daxili istehsala yönəlməlidir”

Müsahibimiz deyir ki, Ukraynada 50 kq-lıq buğda Azərbaycan manatı ilə 16 manata başa gəlir və onu idxal edib 17-18 manata satmaq olar, ancaq yerli inhisar buna imkan vermir:

“Azərbaycanda 20 mindən artıq dəyirman 5 il əvvəl sıradan çıxarıldı, un istehsalı inhisarçıların əlinə keçdi. Bu dəyirmanlar fermerlərin taxılını üyüdürdü. Fermerlər öz ehtiyaclarını götürəndən sonra yerdə qalanını satırdı və bu, bazarda bir rəqabət yaradırdı. İndi fermerin özü çörək alıcısına çevrilib. Monopoliya yerli istehsalın da inkişafına imkan vermir”.

Vahid Məhərrəmov buğdaya və un satışına ƏDV-nin götürülməsinin “yaraya” məlhəm olmayacağını vurğulayır, deyir ki, bəs digər ərzaq məhsullarının taleyi necə olacaq. O, bir müddət sonra çörək sexlərinin dayana biləcəyini də istisna etmir.

“Bu, süni qiymət artımı deyil, bəs nədir?”

Yanvarın 15-də yerli media təmsilçiləri ilə görüşən baş prokuror yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, əsl iş adamları süni qiymət artımına getmir. O, unun qiymətindən də danışıb, deyirki, “devalvasiyadan sonra topdansatış məntəqələrində bir kisə un təxminən 26 manat civarında olmalı idi, pərakəndə satışda isə bir kisə 35 manata” satılır: “Bu, süni qiymət deyil, bəs nədir?”.

İdarə rəisi bazarın iqtisadiyyat qanunları ilə tənzimləndiyini yada salsa da, vətəndaşın da maraqlarının qorunmalı olduğunu vurğulayıb.

XS
SM
MD
LG