Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:23

FT: Covid-19-un kökünü kəsmək istəyirdilər...


Avstraliyada Covid-19 test mərkəzi, arxiv fotosu
Avstraliyada Covid-19 test mərkəzi, arxiv fotosu

Portuqaliyada şirkətlərin işçilərlə iş saatlarından kənar ünsiyyət saxlaması yasaqlanacaq

Koronavirus pandemiyasının iki il öncə aşkarlandığı Çində delta ştammı yayıldıqca hakim orqanlar yenə də milyonlarla insanın yaşadığı şəhərləri təcrid etmək siyasəti yürüdürlər. “The Financial Times” qəzeti Covid-19-a yoluxmaları sıfıra endirməyə çalışan ölkələrin başqa yolu qalmadığını yazır. Qəzet redaksiya məqaləsində bu siyasəti yürüdən Asiya ölkələrinin dünyaya təkrar açılmalı olduğunu vurğulayır.

Çinin ticarət nazirliyi ötən həftə əhalini ərzaq tədarükü görməyə çağırdı. Görünür, məqsəd müəyyən ərazidə yoluxmaların artacağı halda tam qapanmanı yola vermək idi.

Delta ştammı yayılan dünyada...

Qəzet Honq Konq və Tayvan kimi yurisdiksiyalarda da oxşar stresin yaşandığını yazır. Ancaq regionda Sinqapur, Cənubi Koreya və Yaponiya, hətta Yeni Zelandiya belə acılıma gedir, virusla yaşamağı seçir.

Məqalədə 2020 və 2021-ci illərin böyük hissəsində sıfır-Covid strategiyasının müəyyən ölkələrdə zəfər çaldığı qeyd olunur. Ancaq axı, dünyanın qalan hissəsi xəstəliyin kökünü kəsmədi. Bundan başqa, daha yoluxucu delta ştammı yalnız çox sərt lokdaunları gündəmə gətirir, vaksinlər belə onun öhdəsindən tam gələ bilmir.

“FT” yazır ki, koronavirusun kökünü kəsmək sadəcə, mümkün deyil. Delta ştammı istənilən vaksini üstələyə bilər. Bir ölkənin xəstəliyi neçə dəfə məhv etməsinə baxmayaraq, yenə baş qaldıracaq.

“İndiki mərhələdə, sərhədləri bağlamaq, nəhəng lokdaunlar yalnız Covid-19 əhali arasında endemikləşməsini yubadır, eyni zamanda vətəndaş azadlığını məhdudlaşdırır. Qadağalar onu həmişəlik önləyə bilməz. Vaksinləri gözləyəndə vaxt qazanmaq məna kəsb edirdi. İndi isə zaman qazanmaq heç nə qazandırmır”, – məqalədə deyilir.

İş saatından kənar...

Bu arada Portuqaliyada şirkətlərin işçilərlə iş saatlarından kənar ünsiyyət saxlaması yasaqlanacaq. Şirkətlər işçilərin əlavə enerji və kommunikasiya xərclərini ödəməli olacaqlar. “FT” bunu Avropada evdən işi tənzimləyən, işçilərin xeyrinə olan qanunlardan biri sayır.

“Əgər çatışmazlıqlara nəzarət edə biliriksə, məsafədən işin böyük üstünlükləri var. Pandemiya tənzimlənməyə ehtiyacı olan məsələlərin nizama salınmasını sürətləndirdi”, – ölkənin əmək naziri Ana Mendes Godinho Lissabonda Veb Sammitində deyib.

Yeni qaydalara görə, işçilərlə iş saatlarından kənar əlaqə saxlamaqdan çəkinməyə şirkətlər, fövqəladə hallar istisna olmaqla, əmək qanunvericiliyini ciddi şəkildə pozmaqda suçlu bilinəcəklər.

Fermerlər Konfederasiyası yeni qanunu “tələsik” adlandırıb. Qurumun fikrincə, işə götürənlərə işçilərlə iş saatlarından kənar hər hansı ünsiyyətin yasaqlanması koronavirusun yaratdığı problemlərə “məntiqsiz” reaksiyadır.

Gizliliyin qorunmasından ötrü şirkətlərin evdən işlələyənlərin monitorinqini aparmaq da qadağan edilir.

Mendes Godinho deyib ki, “adamlar Portuqaliyada yaşayaraq dünyanın ən yaxşı şirkətləri üçün işləyə bilməlidirlər”.

XS
SM
MD
LG