Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:18

7 milyonluq yolun ömrü 8 ay oldu


Degədi-Pəlikəş yolunun çəkilişi (Arxiv)
Degədi-Pəlikəş yolunun çəkilişi (Arxiv)

►"Şəxsən mən o yoldan keçməyə ehtiyat edirəm"

Astaranın Degədi kənd sakini Əli Hüseynovu narahat edən məsələ 8 aydır ki, istifadəyə verilmiş Degədi-Pəlikəş yolundakı çökmələrdir.

O, hesab edir ki, baha başa gələn kiçik məsafəli yolun çəkilişində əslində ucuz və keyfiyyətsiz materialdan istifadə olunub. Ona görə də yağış yağan kimi yol çöküb:

“Deyirlər ki, torpaq sürüşməsi oldu, ona görə yol çökdü. Məgər bu yolu çəkəndə sürüşmə aktivliyini nəzərə almamışdılar? Bəs dayaqlar, möhkəmlətmələr? Elə burdan yol çəkdim, ordan çökdü... Belə olmur axı...”

Ötən ilin aprelində dağ kəndlərini birləşdirən yoldan ilk şütüyüb keçən sürücülərdən biri pəlikəşli Paşa dayı olub. Deyir, bu yola görə o qədər seviniblər ki... Gəl ki, elə ilk yağışlarda necə deyərlər, ayıbı üzə çıxıb:

Buna da bax: “Hökumət maaşları, pensiyaları verməkdə çətinlik çəkə bilər”

SABAH YAĞIŞ YAĞSA...

“Asfalt dağılıb... Şəxsən mən o yoldan keçməyə ehtiyat edirəm. Əsasən də qarda, yağışda çox təhlükəli yola çevrilir. Guya sevindik ki, nəhayət, yolumuz var. Əslində isə həyatımıza təhlükə artıb. Belə çıxır ki, sabah bir az da yağış yağsa, o yol tamam çökəcək...”

Astara rayon İcra Hakimiyyətindən bildiriblər ki, torpaq sürüşməsi nəticəsində yola çox da zərər dəyməyib. Bir neçə yerdə asfalt örtüyü dağılıb. Yolun çökmüş hissələrində müvəqqəti təmir işləri aparıb və hazırda sürücülərin istifadəsindədir. Ancaq qurum müvəqqəti təmiri yetərli hesab etmir. Havalar isinən kimi yolun çökmüş hissələrinə təzə asfalt örtüyünün döşənəcəyini bildirir.

XS
SM
MD
LG