Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:47

«Dollar 1 manat 80 qəpiyə qədər bahalaşacaq»


Vahid Əhmədov
Vahid Əhmədov

-

Bu günə olan rəsmi məzənnəyə görə, 1 dollar 1.5301 manata bərabərdir. Artıq bir aya yaxındır ki, manat dollara nisbətdə ucuzlaşır.

Halbuki, bundan öncə manat möhkəmlənməkdə idi. Azərbaycanda ötən il dekabrın 21-də baş verən son devalvasiyada bir dollar 1 manat 55 qəpik olmuşdu.

Ekspertlər növbəti – üçüncü devalvasiyanın baş verə biləcəyi proqnozunu istisna etmirlər.

Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov modern.az saytına manatın növbəti dəfə ucuzlaşacağı ehtimallarından danışıb. O bildirib ki, hazırda manatın taleyi ilə bağlı problemlər var:

«Bu da hamıya məlum olduğu kimi, neftin qiyməti, idxal-ixrac əməliyyatlarındakı geriləmələrlə əlaqədardır. İxracın miqdarı və bu sahədən gələn gəlirlər o qədər yüksək deyil. Doğrudur, bu barədə müəyyən işlər gedir. Amma ümumi proses manatın məzənnəsinə öz təsirlərini göstərir, təzyiqlərini davam etdirir».

V.Əhmədov Mərkəzi Bankın son günlər manatın məzənnəsi ilə bağlı verdiyi qərarları haqlı sayıb:

«Mən son günlər Mərkəzi Bankın seçdiyi yolu düzgün hesab edirəm. Yumşaq devalvasiya getməklə manatı real qiymətinə çatdırmaq lazımdır. Hesab edirəm ki, proses ilin axırına kimi davam edəcək. Mənim subyektiv fikrimdir ki, bu belə də olmalı, manat öz real qiymətini almalıdır. Manatı qoruyub saxlamaqla heç nəyə nail ola bilmərik. Manatın məzənnəsinin qorunub saxlanması əlavə xərcdir, hansı ki, onu real sektora yönəldə bilərik. Mənim proqnozlarıma görə, ilin sonuna qədər 1 dollar 1.80 manatadək bahalaşacaq. Bu qaçılmazdır».

XS
SM
MD
LG