Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:38

Dollar kreditlərinə necə güzəşt olunsun?


►“Mərkəzi Bankın sədri, nazirlər “ola bilməz” demirlər. Mənbə söhbəti var idi. Mənbə də deyəndə, burda böyük məbləğdən söhbət getmir”

Bir neçə gün əvvəl parlamentdə iqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli bildirdi ki, komitədə dollarla krediti olanlara dəstək məqsədi ilə xüsusi sənəd hazırlanır.

Deputat deyirdi ki, 2015-ci ildə iki şok devalvasiyanın mənfi nəticələrinin aradan qaldırımasından ötrü addımları yüksək qiymətləndirir, ancaq yetərli saymır.

“Çünki bunlar birtərəfli xarakter daşıyır, problemlər əhalinin üstünə atılır. Devalvasiya nəticəsində yaranmış proses sistemli prosesdir ki, bu da sistemli həll olunmalıdır”.

"Problemi təkcə əhalinin üstünə yıxmaq olmaz"

Vahid Əhmədov
Vahid Əhmədov

Parlamentin iqtisadi siyasət komitəsinin digər üzvü Vahid Əhmədov AzadlıqRadiosuna deyir ki, bununla bağlı təklifi əvvəldən o səsləndirib. Vahid Əhmədov da həmkarı kimi o fikirdədir ki, problem təkcə əhalinin üstünə atılmamalıdır:

Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

“Dollar kreditlərilə bağlı müəyyən qərarlar qəbul olunmalıdır. Bunu yalnız əhalinin üstünə yıxmaq olmaz. Həm banklar, həm dövlət, həm Mərkəzi Bank, həm də əhali bir yerə yığışıb məsələyə baxmalıdır. Köhnə məzənnə ilə olmasa da, müəyyən güzəştə gedilməlidir. Bu saat Azərbaycanda “Nikoil Bank”, “Atabank” kimi banklar müəyyən güzəştlər edir. Həm müqavilənin vaxtını uzadırlar, həm də 1.30 qəpiklə həmin kreditlərin qaytarılmasına razılıq veriblər. Yəni bu, çox ciddi məsələdir. Azərbaycanda təxminən 1,5 milyon əhalidən söhbət gedir. Ona görə də bu kreditlərin hansı məzənnə ilə qaytarılması çox önəmlidir. Təkliflərimiz ondan ibarətdir ki, əsasən Azərbaycan hökuməti, Mərkəzi Bank, banklar oturub bu məsələyə baxsınlar və müəyyən qərarlar qəbul etsinlər”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Bu, hökumətə olan etimad məsələsidir”

Azər Mehtiyev
Azər Mehtiyev

Bir neçə gün öncə bir qrup iqtisadçı dollar kreditlərinin ödənməsi ilə bağlı prezidentə müraciət etmişdi. Həmin iqtisadçılardan biri Azər Mehtiyev deyir ki, müraciətlə diqqəti bu problemə yönəltmək istəyiblər. Çünki bu, təkcə vətəndaşların krediti ödəmə məsələsi deyil:

Gözlə

No media source currently available

0:00 0:00:28 0:00

“Bu, çox ciddi şəkildə hökumətə etimad məsələsidir. Eyni zamanda, bu, ölkə banklarının mövcud durumunda onlara dəstək məsələsidir. Bank sisteminin böhrandan çıxarılmasında da önəmli rol oynaya bilər. Bu baxımdan, bu yardım Azərbaycan iqtisadiyyatına, hökumətinə daha çox lazımdır, nəinki əhaliyə. Müraciətdə məqsəd diqqəti bu problemə cəlb etməkdir. Ən azı, müzakirələr başlasın. Doğrusu, hələ reaksiyanın necə olacağını bilmirik. Bu günə kimi hələ bir məlumat çatmayıb. Hələ ki, gözləyirik”.

"Güzəşt məsələsi yeganə çıxış yoludur"

Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənovun sözlərincə, əhaliyə güzəştə getmək banklara sərf etmir. Dövlət isə kreditlərin ancaq bir hissəsini kompensasiya eləyə bilər. Hüquqşünasın fikrincə, bəzi banklar güzəşt məsələsinin öhdəsindən gələ bilər. Çoxu isə daha ağır duruma düşəcək:

Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Əkrəm Həsənov
Əkrəm Həsənov

“Bankların bir çoxu onsuz da ötən ili zərərlə bitirib. Təbii ki, belə banklara çətin olacaq. Amma bütövlükdə güzəşt məsələsi yeganə çıxış yoludur. Çünki əgər banklar dollar kreditləri üzrə əhaliyə güzəştə getməsələr, o kreditlərin əksər hissəsi onsuz da qayıtmayacaq. Bu, bankların vəziyyətini daha da pisləşdirəcək. Bu güzəştlər bankların hesabına edilməlidir, dövlət büdcəsinin hesabına yox. Çünki banklar ötən illər ərzində çox yüksək faizlərlə kredit verib kifayət qədər gəlir əldə ediblər”.

“Mərkəzi Bankın sədri, nazirlər də ola bilməz demirlər”

İkinci devalvasiyadan dərhal sonrakı dönəmdə güzəştlərlə bağlı daha çox fikirlər səslənirdi. Həmin vaxt “kredit borcu 5 min dollara qədər olanlara güzəşt edilə bilərmi?” sualına cavabında maliyyə naziri Samir Şərifov demişdi ki, bu güzəşt bir qrupa edilsə, sabah başqa qrup da güzəşt istəyəcək.

Ancaq Vahid Əhmədov söyləyir ki, maliyyə naziri, Mərkəzi Bankın sədri məsələni tamamilə çıxdaş etmir:

“Sonradan Maliyyə Nazirliyində görüşüm oldu. Mərkəzi Bankın sədri, digər nazirlərlə də gorüşdüm. Onlar “ola bilməz” demirlər. Mənbə söhbəti var idi. Mənbə də deyəndə, burda böyük məbləğdən söhbət getmir. Bankların da müəyyən ehtiyatları var, ondan istifadə etmək olar. Mərkəzi Bankın da ehtiyatı var, ondan da yararlanmaq olar. Buna qərar verilməlidir. Ya da banklara göstəriş vermək lazımdır. Axı kreditləri yüksək faizlərlə verdiklərindən belə bir problem yaranıb. Onlar da bəzi banklar kimi kreditləri aşağı faizlə qəbul etsinlər. Yəni bu artıq elə bir məsələdir ki, həllini tapmalıdır. Bu, bankların özünə də lazımdır. Çünki banklara vəsait qayıdır, dövriyyə vəsaiti artır, banklar daha da çevik işləyə bilirlər”.

Hüquqşünas Əkrəm Həsənov əvvəlcə uyğun qanun qəbul etməyin vacibliyini vurğulayır:

“Elə bir mexanizm işlənməlidir ki, əhalinin borc vəziyyəti bankların hesabına yüngülləşsin. Ancaq nəticədə bank sisteminin tamamilə çökməsinə də imkan verilməməlidir”.

Ekspertin fikrincə, bu məsələnin hələ uzun çəkəcəyi görünür.

Buna da bax: Taleh Xasməmmədov: "Səhhətimi bərpa edəndən sonra..."

Taleh Xasməmmədov: "Səhhətimi bərpa edəndən sonra..."
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

XS
SM
MD
LG