Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:05

'Azərbaycanda sakitlik hər an pozula bilər' [video]


Dövlət Təhlükəsizlik Xidməti Azərbaycanda terror törətməyi planlaşdıran qruplaşmanı zərərsizləşdirdiyini açıqlayır, müstəqil ekspertlər isə bildirirlər ki, ölkədəki sakitlik zahiridir, istənilən an durum dəyişə bilər.

Bu arada sosial şəbəkələrdə Azərbaycan rəhbərliyinə qarşı təhdid dolu video yayılıb. Məkanı bəlli olmayan videoda əli silahlı, Azərbaycan dilində danışan bir nəfər ölkə başçısını hədələyir. Deyir, həbsxanadakı müsəlman qardaşları azad olunmasa, terror aktları törədəcəklər. Amma onu da qeyd edir ki, şiələri müsəlman hesab etmir. Bu video Dövlət Təhlükəsizlik xidmətinin yanvarın 31-də keçirdiyi əməliyyatdan sonra yayılıb.

Buna da bax:​ DTX dini ekstremizmdə şübhəlini öldürüb

"SOSİAL, İQTİSADİ, DİNİ VƏ DİGƏR ETİRAZLARIN NƏTİCƏSİNDƏ..."

Dövlət Təhlükəsizlik Xidməti fevralın 1-də məlumat yaymışdı ki, Azərbaycanda terror planlaşdıran qruplaşmaya qarşı əməliyyat keçirib. Məlumata görə dini ekstremizm qruplaşmanın 4 üzvü öldürülüb, 1 nəfər şübhəli şəxs qismandə saxlanıb. Nazirlik əməliyyat tədbirlərinin davam etdiyini bildirib.

Dini qurumlarla iş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev hesab edir ki, Azərbaycanda sakitlikdir, amma bu sakitlik zahiridir və hər an pozula bilər:

“Səbəb birinci növbədə ölkədəki iqtisadi-sosial narazılıqlarla bağlıdır. Qiymətlərin artması, iş yerlərinin ixtisarı, maaşların azalması sosial narazılıqları artırır. Bundan başqa ölkədə dini radikal qruplaşmaları da fəallaşırlar. Buna da səbəb onların xarici təşkilatlardan maliyyə almalarıdır. Başqa bir səbəb Suriyada vuruşan azərbaycanlıların ölkəyə qayıtmasına məhdudlaşdıran qanunun qəbulu ilə bağlıdır. Belə ki, yeni qərarla Suriyada vuruşan azərbaycanlılar ölkəyə buraxılmayacaq, bu da onların ailə üzvlərini narazı salıb. Bundan başqa Azərbaycana qonşu, eləcə də qonşu olmayan ölkələrdən də təhlükə var. Bütün bunları – sosial, iqtisadi, dini, digər ölkələrin təsirini ümumiləşdirəndə deyə bilərik ki, Azərbaycandakı sakitlik zahiridir və bu pozula bilər”.

Buna da bax:​ İŞİD-ə qoşulmaqda suçlanan daha 7 azərbaycanlıya hökm oxundu

Rafiq Əliyev hesab edir ki, dini qruplaşmalara üzv olduğu iddia olunan şəxslərə qarşı əməliyyatlarda onları sağ yaxalamaq zəruridir. Belə olduğu halda daha çox məlumat əldə etmək imkanı ola bilər.

DTX-nın apardığı əməliyyatlar təhlükənin getdikcə artmasına dəlalət edir, yoxsa hökumət strukturlarının bu zümrə ilə güzəştsiz davranışına. Sualı Bakı sakinlərinə verib, onların da fikirlərini öyrənməyə çalışmışıq.

Azərbaycanda terror təhlükəsi varmı?
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

Dövlət Təhlükəsizlik xidməti dekabrın 3-də daha bir əməliyyat keçirib və terrorçuluqda şübhəli bilinən daha bir nəfərin öldürüldüyünü açıqlamışdı. Rəsmi məlumatda deyilirdi ki, belinə “şəhid kəməri” bağlayan şəxs partlayış törətmək istəyərkən məhv edilib.

XS
SM
MD
LG