Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:55

Gürcüstanda Əxqan Muxtarlı ilə bağlı növbəti aksiya keçirilib


Tbilisi, 1 iyun aksiyasından foto
Tbilisi, 1 iyun aksiyasından foto

Gürcüstanda parlament binası önündə aksiya keçirilib. İyunun 2-də keçirilən aksiyada ölkənin vətəndaş cəmiyyəti nümayəndələri və mühacir fəallar parlamentaridən suallarına cavab istəyiblər və hökümətdən açıqlama tələb ediblər. Onlar Gürcüstanda yaşayan mühacir jurnalist Əfqan Muxtarlının müəmmalı şəkildə Azərbaycana aparılmasına aydınlıq gətirilməsini istəyirlər.

Jurnalist Maia Metskhvarishvili deyir ki, hökumət baş verənlərə görə cavab verməyə borcludur:

“Dünən biz parlamentin insan haqları komitəsinə də müraciət etdik. Jurnalist olaraq suallarımız var. Əslində nəyin baş verdiyini bilmək istəyirik. Necə olub ki, bu adam şəhərin mərkəzindən yoxa çıxıb. Hadisənin 4-cü günüdür və artıq hökumətdə bir cavab olmalıdır”.

Tbilisidə şəhər şurasının üzvü Aleko Elisashvili isə deyir ki, xüsusi xidmət orqanlarının Azərbaycan hökumətinə kömək etdiyi gün kimi aydındır:

“Ötən gün təhlükəsizlik xidməti rəisinin açıqlaması sanki Azərbayan hökumətinin yaydığı məlumatları üzündən oxumağa bənzəyirdi. Gün kimi aydındır ki, bizim xüsusi xidmət orqanları Azərbaycan hökumətinə kömək edib. Baş verənlər Hindistan kinosuna bəznəyir. Güc strukturları öz postundan getməlidir. Hökumət də xalqa cavab verməlidir”.

Əfqan Muxtarlının aksiyada iştirak edən xanımı Leyla Mustafayeva deyir ki, həyat yoldaşı sərhədi qanunsuz keçməyib:

“O, vəklinə deyib ki, evimizin yaxınlığında onu saxlayan şəxslər kriminal polis geyimində olub. O iddia olunduğu kimi, yaşıl xətt zolağından deyil, hər iki ölkənin sərhəd keçid məntəqəsindən keçirilib. Biz xəritədə regionun ərazilərinə baxdıq. Əgər o keçid məntəqəsindən yox, başqa yerlə keçməyə cəhd etsəydi geyimi palçıq və yaş olardı. Videodan görünyüdü kimi geyimi təmiz idi. Hər gün keçdikcə biz daha çox fakt tapırıq və aydın olur ki, Gürcüstan tərəfi də yalan danışır”.

Jurnalist Əfqan Muxtarlı mayın 29-da Gürcüstandan müəmmalı şəkildə Azərbaycana gətirilib. O, qaçaqmalçılıqda, sərhədi qanunsuz keçmədə, hakimiyyət nümayəndəsinə müqavimət və zor tətbiq etməkdə suçlanıb və istintaq dövrü üçün 3 aylıq həbs cəzası verilib.

Azərbaycan tərəfinin yaydığı açıqlamda deyilir ki, o, sərhədi qanunsuz keçərkən saxlanıb, üzərindən 10 min avro pul tapılıb və götürülüb. Bu ittihamlarla o 7 ilə qədər azadlıqdan əhrum edilə bilər.

3-cü gündür ki, Tbilisidə baş verənlərlə bağlı aksiyalar keçirilir. Gürcüstanın müxalif “Milli hərtəkat” partiyası da Daxili işlər naziri və Dövlət təhlükəsizlik xidməti rəisinin istefasını tələb edir.

Gürcüstan prezidenti Giorgi Margvelashvili də mayın 31-də jurnalist Ə.Muxtarlının Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilməsini şərh edərək demişdi ki, bir insanın yoxa çıxması ölkəsinin dövlətçiliyi və suverenliyi üçün ciddi təhlükədir.

Ancaq Əfqan Muxtarlı məhkəmədə bildirib ki, Tbilisidə tanımadığı bir qrup tərəfindən saxlanaraq Bakıya gətirilib. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.

Jurnalist iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Əfqan Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyəti əleyhinə aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi, həmçinin, Qarabağ müharibəsinin iştirakçısı olub.

Hələlik rəsmi Bakıdan Əfqan Muxtarlıya elan olunan ittihamdan başqa hadisəyə hər hansı münasibət bildirilməyib.

XS
SM
MD
LG