Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:20

Ələtdə "Xəcalət küçəsi"


Illüstrasiya
Illüstrasiya

►Sakinlər: Bu küçə nəinki icra hakimiyyətinin, Allahın da yadından çıxıb

İcra hakimiyyəti: "O küçəyə günorta 8 ədəd zibil qutusu qoyduq, axşam gördük yoxa çıxıb"

“21 ildir bura köçmüşük, nə əməlli suyumuz gəlir, nə əməlli kanalizasiya xətti var. Qızdırıcılar da işləmir. Bir sözlə, qışda soyuqdan donuruq, yayda ağcaqanadlar qanımızla dolanır”.

PARK DƏRDİ ARXA PLANA KEÇİB

Ələt qəsəbəsinin Sülh küçəsində, necə deyərlər, müharibə şəraiti hökm sürür. Burada yaşayanların problemləri nə birdir, nə iki... İllərdir ki, sakinlər hökumətdən bir boxça problemin həllini gözləməkdədilər.

Problemlərdən cana doyan da, əsasən. Sülh küçəsi 1-də yaşayanlardır. “Qaynar xətt”ə danışırlar ki, bu binaya köçən gündən kommunal problemlərdə boğulurlar. Bina sakini Bətulə Salmanova:

“Bura 25 ildir köçmüşəm. Əvvəl dərdimiz ancaq bu idi ki, bu boyda binalar tikiblər, bircə istirahət parkımız yoxdur. Sonra bu dərd keçdi arxa sıraya. Başladı su, kanalizasiya, dam örtüyü, nəmişlik, istilik problemləri…”

“EVDƏN QOXU ÇƏKİLMİR”

Sakinlər deyir, zirzəmi tez-tez su ilə dolur. Su vaxtında çəkilmədiyindən üfunətə səbəb olur. Üstəlik də evlərin divarları rütubət çəkir. Bətulə Salmanova 6 ildir, övladını evləndirsə də, gəlini evə gətirə bilmir:

“Kənarda kirayədə yaşayırlar. Bu evə gətirməyə xəcalət çəkirəm. Axırıncı mərtəbədə qalıram. Divarlar nəm çəkir, evdən qoxu çəkilmir. İstilik yox, kanalizasiya tez-tez daşır. Evi iki dəfə təmir etdirmişəm, boya, divar kağızı – hamısı nəmişlikdən qopur tökülür”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Sakinlər deyirlər, binanın ətrafında da natəmizlik hökm sürür. Zibil qutusu olmadığından zibili hara gəldi, atırlar. Kanalizasiyanın daşması isə başqa aləmdir – üfunətdən binaya yaxın düşmək olmur.

XƏTLƏR NORMADAN ARTIQ YÜKLƏNİR

Qaradağ rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, bir müddət əvvəl binanın yaxınlığına – ayrı-ayrı nöqtələrin hər birinə 4 ədəd olmaqla, ümumilikdə, 8 ədəd zibil qutusu qoyublar. Ancaq gündüz qoyulan qutular qaş qaralan kimi yoxa çıxıb. Ertəsi gün isə bələdiyyə işçiləri həmin qutuları binadan bir az aralıdakı yolun kənarından tapıblar.

Ələt bələdiyyəsindən isə bildiriblər ki, binanın zirzəmisinin tez-tez su ilə dolmasına səbəb kanalizasiya xətlərinin normadan çox yüklənməsidir. Bələdiyyə kanalizasiya xətlərinin təzələnməsi ilə bağlı “Azərsu” ASC-yə müraciət edib. Dam örtüyünün də təmir olunması nəzərdə tutulub.

Sakinlərin deməsinə görə, kanalizasiya xətlərinin və dam örtüyünün təzələnməsi ötən ilin oktyabrına qədər baş tutmalı idi. Ancaq nədənsə hələ də binada “köhnə hamam, köhnə tas”dır.

Buna da bax: Brüsseldəki partlayışda ölənlərin sayı 34-ə çatdı

XS
SM
MD
LG