Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:56

AXCP sədri: 'Ölkə başçısının xəbəri olmadan...'


Ə.Kərimli
Ə.Kərimli

«Azərbaycan Beynəlxalq Bankı (ABB) rəsmi dövlət bankıdır, böyük maliyyə kapitalına nəzarət edir. Hakim ailə ölkəyə xarici bankları buraxmamaqla bu və özünə yaxın digər bankların əli ilə xalqa yüksək faizlə kreditlər verərək milyardlar qazanıblar».

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bunu Beynəlxalq Bank ətrafındakı durumu dəyərləndirərkən bildirib.

AXCP sədri bankın 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət etməsini sıradan bir hadisə saymır.

***Buna da bax-ABB-nin kreditorları narazıdır: 'Ödəmək istəmirlər'

Ə.Kərimli deyir ki, bu bank faktiki tar-mar edilib. İrihəcmli kredit adı ilə götürülən vəsaitlər hakim ailənin ətrafındakı şirkətlərə verilib:

«Belə çıxır ki, milyardlarla vəsaiti uzun illər bizlər və övladlarımız ödəməli olacağıq».

Ə.Kərimli xatırladır ki, bankın keçmiş rəhbərliyi ilə bağlı gedən məhkəmə prosesində onların 5 milyard dollar vəsaiti ofşor hesablara köçürdükləri bəyan edilib:

«5 milyard dollar az vəsait deyil. Bu, dövlət bankıdır. Ölkə rəhbərliyinin xəbəri olmadan bu qədər vəsaitin kənara çıxması mümkün deyil. Əgər olubsa, deməli, bundan ölkə rəhbərliyinin xəbəri olub».

Kreditlərini qaytara bilməyənlər artır - Hökümət nə edir?
Gözlə

No media source currently available

0:00 0:15:01 0:00

ADLAR AÇIQLANSIN

AXCP sədri hesab edir ki, bank çətin duruma düşsə də, ətrafında qaranlıq məqamlar hələ də qalmaqdadır. Onun fikrincə, əsas məsələ irihəcmli kredit götürən şirkətlərin adlarının ictimaiyyətə açıqlanmamasıdır:

***Buna da bax-Azərbaycan Beynəlxalq Bankı borcdan çıxmaq üçün kreditorlara nə təklif edir?

«Adamları 10-15 min manat krediti qaytara bilmədiyinə görə sıxırlar, inzibati cəzaya məruz qoyurlar, intihar həddinə çatdırırlar... Amma milyardlarla vəsaitləri mənimsəyənlərin adları belə ortaya gəlmir».

Ə.Kərimli vurğulayır ki, kreditlər verilərkən daşınmaz əmlakların girov qoyulduğu məhkəmədə açıqlanıb:

«Həmin əmlaklar satılaraq bankın borclarının ödənməsinə yönəldilməlidir. Hərraclarda belə əmlakların satılmasının şahidi olan yoxdur. Odur ki, bu bankın ətrafında baş verənlər hakimiyyətin korrupsiyalaşmasının göstəricisidir».

XATIRLATMA

Azərbaycan Beynəlxalq Bankı (ABB) bu günlər 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Onun öhdəlikləri dövlətə ötürülür.

Verilən məlumata görə, bankın sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaiti xərclənib.

Beynəlxalq Bankın İdarə heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib.

Dünən, mayın 23-də Londonda xarici kreditorlarla görüş keçirilib.

Azərbaycan Beynəlxalq Bankının özü kreditorlarına borcun restrukturizasiyası məqsədilə bir neçə variant təklif edib.

Belə variantlardan biri borcun 12 və ya 15 illik dövlət istiqrazları ilə əvəz edilməsidir.

XS
SM
MD
LG