Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:32

Əliyev Avropa İttifaqının vasitəçiliyinə sadiqliyini bildirir


Azərbaycan rəhbərliyi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə aparılan danışıqların davam etdirilməsinə hazır olduğunu bildirir.

Yanvarın 19-da Azərbaycan prezidenti İlham Əliyev Davosda Niderland Krallığının Baş naziri Mark Rutte ilə görüşdə bu barədə danışıb.

AZƏRTAC-ın xəbərinə görə, o, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi haqqında məlumat verib:

“Azərbaycan prezidenti Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəstəyi ilə aparılan danışıqlar prosesinin vacibliyini vurğulayıb, ölkəsinin bu proses çərçivəsində danışıqların davam etdirilməsinə hazır olduğunu deyib”.

Bundan əvvəl Ermənistan rəsmiləri də həmin formatda danışıqlarda maraqlı olduqlarını dəfələrlə bəyan ediblər.

Avropa İttifaqının vasitəçiliyi

2021-ci ilin dekabrından Azərbaycan və Ermənistan arasında sülh danışıqları, əsasən, Avropa İttifaqının vasitəçiliyi ilə aparılırdı. Lakin ötən ilin sonlarından bu proses dayanıb.

Azərbaycan rəsmiləri buna səbəb kimi Ermənistanın bu danışıqlarda Fransa prezidentinin iştirakını istəməsini göstərib.

Praqada Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən son görüşdə Fransa prezidenti də iştirak etmişdi.

Azərbaycan rəsmiləri hesab edirdilər ki, Fransa bu məsələdə bitərəf yox, Ermənistanın mövqeyindən çıxış edir. Hərçənd Fransa rəsmiləri də hesab edirlər ki, onlar iki ölkə arasında sülhün bərqərar olmasında maraqlıdırlar.

Xankəndində işıq böyük fasilələrlə verilir, əhaliyə ərzaq talonu paylandı
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG