Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:52

Əliyevlərin gizli qızıl imperiyası (Video)


40 illik korrupsiyanı üzə çıxaran "Panama papers"
Gözlə

No media source currently available

0:00 0:04:59 0:00

40 illik korrupsiyanı üzə çıxaran "Panama papers"

Mossack Fonseca hüquq firmasından sızmış sənədlərə görə Azərbaycanın birinci ailəsi dünyanın ən məxfi ofşor ərazilərində qeydiyyatdan keçirilmiş şirkətlər şəbəkəsi vasitəsilə ölkənin ən zəngin qızıl, gümüş və mis yataqlarına nəzarətə sahiblənib.

Təhqiqat jurnalistləri Miranda Patrucic, Eleanor Rose, Lejla Camdzic və Xədicə İsmayılovanın reportajında deyilir ki, ağır iş ayının axırında 46 yaşlı müharibə veteranı, üç uşaq atası və geoloq Cümşüd Əsgərli işlədiyi qızıl mədənindən maaşını ala bilməyəndə qol-qanadı sınıb. Bundan az sonra mədənin bütün 300 işçisi kimi ona da iki aylıq məcburi məzuniyyət götürməli olduğuna göstəriş verən e-mail gəlib.

Əsgərli deyir ki, iki aydan sonra onlara daha bir e-mail gəlib. Bu e-maildə onlardan artıq qeyri-müəyyən müddətə məzuniyyətə çıxmaları tələb olunur və bildirilirdi ki, maaşlarının yalnız üçdə ikisini ala biləcəklər.

Lakin bütün bunlardan 2 il keçməsinə baxmayaraq, işçilərə bir qəpik də ödənməyib, hərçənd onlar maaşlı işi olan insanlar sayılırlar və Əmək Məcəlləsinə görə başqa bir iş axtara bilməzlər.

Onların işlədikləri Azerbaijan International Mineral Resources Operating Company Ltd. (AIMROC) şirkəti birdən-birə peyda olmuş və dərhal da ölkənin ikinci ən böyük qızıl istehsalçısına çevrilmişdi. Sonra şirkət peyda olduğu kimi də qeybə çəkilib. İndi işçilər onlara iş verənin kim olduğunu öyrənmək üçün ümidsiz axtarışdadırlar.

Qızıl qızlar

Məqalədə deyilir ki, ümidsiz və çarəsiz qalan insanlar Azərbaycanda Ekologiya və Təbii Ehtiyatlar Nazirliyindən, Əmək və Sosial Təminat Nazirliyindən tutmuş parlamentə və prezidentədək döymədikləri hökumət qapısı qoymayıblar.

“Onlar özlərini hər şeydən bixəbər kimi aparırlar” – deyib Əsgərli.

Təhqiqat məqaləsində deyilir ki, sözü gedən mədənçilərin cidd-cəhdlə axtardıqları kəslər onlara düşündüklərindən də yaxınlıqda imiş.

İşçilər onları demək olar, hər gün görürmüşlər. “Əyinlərində ən son dəblə tikilmiş paltarlar, qollarında bahalı dizayner çantaları olan bu adamlar qəzet və jurnalların səhifələrindən gülümsəyirdilər, onlar televiziya kanallarında böyük mərasimlərə qatılarkən və Azəbaycanın necə gözəl bir ölkə olduğundan danışarkən görünürdülər…”

“Söhbət prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalardan gedir”- deyilir məqalədə.

Bu informasiya Panamada mənzillənmiş Mossack Fonseca hüquq firmasından sızmış yüz minlərlə sənədlərin bəzilərindən bəlli olub.

Bu informasiyalar bir çox böyük media qurumları, o cümlədən Beynəlxalq Təhqiqat Jurnalistləri Konsorsiumu tərəfindən təhlil edilir.

Qızıl zəmanə

Təhqiqat jurnalistlərinin hazırladıqları reportaja görə 9 il bundan əvvəl Azərbaycan prezidenti ölkənin 6 qızıl mədəninə sahib və dəyəri milyardlarla dollar olan konsorsiumu Birləşmiş Krallıqdakı bir şirkətə, daha üçünü ofşordakı şirkətlərə verib. Söhbət Globex International LLP, Londex Resources S.A., Willy & Meyris S.A. və Fargate Mining Corporation şirkətlərindən gedir.

“Lakin reallıqda mədənlər onun öz ailəsinə verilib” – yazır təhqiqat jurnalistləri.

Hələ 2012-ci ildə AzadlıqRadiosu və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project - OCCRP) jurnalisti Xədicə İsmayılova yazmışdı ki, konsorsiumun 11 faizinə sahib olan Globex International LLP şirkətinin arxasında prezident qızları dururlar.

Lakin indi bəlli olur ki, qızların payı məlumat verildiyindən əhəmiyyətli şəkildə böyükmüş.

Sızmış sənədlərdən görünür ki, prezident qızları qızıl konsorsiumunun 45 faizinə sahib olan Panama şirkəti Londex Resources S.A firmasına nəzarət edirlər.

Sızmış sənədlərdən görünür ki, prezident qızları qızıl konsorsiumunun 45 faizinə sahib olan Panama şirkəti Londex Resources S.A firmasına nəzarət edirlər. Bu onların qızıl üzərində nəzarət payını toplam 56 faizə çatdırır. Bu qurum konsorsiumda əsas şirkət sayılırdı və hökumətlə danışıqları da o aparmalıydı.

Əliyevlər OCCRP-nin israrlı sorğularına cavab verməyiblər.

Məqalədə deyilir ki, OCCRP-nin əldə etdiyi maliyyə sənədləri Londex Resources S.A. şirkətinin mədənçilik biznesinin yaradılması məqsədilə 230 milyon dollar xərclədiyini göstərir.

Qərbi Azərbaycanın Çovdar kəndində tikilmiş zavod əməliyyatlarını qəflətən dayandıranadək 30 milyon dollarlıq qızıl istehsal edib.

Təhqiqat jurnalistləri sual verirlər: Bu cür imkanları olan şirkət niyə bu çevikliklə yoxa çıxmalı idi?

Qızıl qızdırması

Bu suala cavab tapmaq üçün təhqiqat jurnalistləri Çovdar yatağının tarixçəsinə nəzər yetiriblər.

"Qızıl üstündə oturan" Çovdar kəndinin sakinləri
"Qızıl üstündə oturan" Çovdar kəndinin sakinləri

Əslində balaca Çovdar kəndi bəzi təxminlərə görə 2. 5 milyard dollarlıq qızıl ehtiyatının üstündə oturub, hərçənd qaçqınların yaşadığı bu kəndin körkəminə baxan bunu deyə bilməz.

Məqalədə deyilir ki, 2006-cı ilin 30 dekabrı iş günü olmasa da hökumət həmin gün gizli olaraq bu Çovdar yatağının və daha 5 başqa yatağın hüquqlarını Londex konsorsiumuna verib.

Bu kontrakt bir də 2007-ci ildə parlamentdə təsdiq ediləndə üzə çıxıb, daha doğrusu millət vəkillərinə şirkətin sahibliyi barədə məlumat verilməyib. Buna baxmayaraq kontrakt parlamentdən “keçib”.

Ələsgərovun sevincli vədi

OCCRP bu qızıl mədəni üçün kontraktın tender müsabiqəsinə qoyulması barədə də heç bir sənəd tapa bilməyib.

Bu kontrakt Azərbaycan parlamentindən keçiriləndə təbii ehtiyatlar komissiyasının sədri Valeh Ələsgərov sevinclə elan edib ki, bu sövdələşmədən hökumət 2 milyon dollar mükafat alacaq.

OCCRP aşkar edib ki, nəinki mükafat, hətta onun ödənməməsi üçün 2, 8 milyon dollarlıq cərimə də ödənməyib.

Əslində bu, hökumətə kontraktı ləğv etmək imkanı versə də, əldə olan sənədlər göstərir ki, konsorsium üzvləri heç nədən narahat olmayıblar.

Konsorsiuma başqa güzəştlər də edilib. Londex 22 faizlik gəlir vergisindən başqa Azərbaycan büdcəsinə bir qəpik də ödəməyib.

Məqalədə qeyd edilir ki, mədən şirkətlərinin əksəriyyəti beynəlxalq birja siyahılarında olsa da,AIMROCheç vaxt belə siyahılarda görünməyib. Bu isə o deməkdir ki, onun nəyi nə qədər istehsal edib nə qədər gəlir götürməsi də sirr olub.

İki kreditin fərqi

Bu da deyilir ki, başqa mədənçilik şirkətləri biznesin inkişaf etdirilməsi məqsədilə öz gəlirlərindən maliyyə bazarları vasitəsilə fond yaratsalar da, Londex Resources S.A. əksinə, bir neçə bankdan, o cümlədən ailənin mülkiyyətində olan Xalq Bank və Pasha Bankdan nəhəng kreditlər alıb. Sözü gedən bu iki bank vəsaitlərini dövlətdən, hökumətdən və dövlət şirkətlərindən formalaşdırıb.

Mən kreditimi ödəyə bilməyəndə, onlar məni həbs edə bilirlər, amma şirkət 300 adamın maaşını vermir, onun heç yerini də bilmirlər

OCCRP yazır ki, 2012-ci ilin sonunadək Londex Resources S.A. 146 milyon dollar kredit götürüb. Sənədlər bu kredit üzrə hər hansı ödənişlərin edildiyini və ya onun qaytarıldığını göstərmir.

İndi isə iki ildir ki, maaş almayan işçiləri Ekologiya və Mineral Ehtiyatlar Nazirliyindən vədlərlə sakitləşdirirlər.

Guya 2014-cü ilin iyulundan Londex Resources, S.A. səhmlərini satıb pul qazanmaq istəyir. Nə vaxt qazansa, onda da problemlər həll olunacaq.

Məqalədə kreditlə bağlı bir epizod da var. Mədən işçisi olmuş Yəhya Verdiyev deyib ki, maaş almadığına görə özünün şəxsi ehtiyacları üçün götürdüyü krediti ödəyə bilmir. Bank onu məhkəməyə verib, hələ iki gün müddətinə azadlıqdan məhrum da edilib.

“Mən başa düşə bilmirəm. Mən kreditimi ödəyə bilməyəndə, onlar məni həbs edə bilirlər, amma şirkət 300 adamın maaşını vermir, onun heç yerini də bilmirlər”.

XS
SM
MD
LG