Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:48

Elman Rüstəmov deyir, manatın ipi əlindədi


Elman Rüstəmov
Elman Rüstəmov

►“Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcək”.

Bunu Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov AzTV-yə devalvasiyadan sonra bildirib.

“Ötən ilin iyunundan beynəlxalq bazarlarda neftin qiyməti 3 dəfədən çox düşüb. Bu, Azərbaycanın gəlirlərini xeyli aşağı salıb və ölkənin tədiyyə balansına ciddi təsir edib. Buna səbəb həm də təkcə neftin sürətlə ucuzlaşması deyil. Hazırda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar da bu məsələdə az rol oynamır. Məsələn, İran rialı son 3 ildə 120%, Qazaxıstan təngəsi 108%, Rusiya rublu isə 2 dəfədən çox dəyərdən düşüb. Manat isə bir dəfə devalvasiyaya uğrayıb. Bizim bu ölkələrlə ciddi ticarət əlaqələrimiz var. İqtisadiyyat, valyuta bazarı, manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya oldu. Amma indiki vəziyyət manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını tələb edir.Buna görə, bu gündən etibarən üzən məzənnəyə keçməklə bağlıqərar qəbul olunub. Söhbət idarə olunan üzən məzənnədən gedir. Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcək”.

Buna da bax: Maşın bazarı çökür

O ki qaldı yeni məzənnə sisteminin əhalininbanklardakı əmanətləri və depozitlərin təhlükəsizliyinin təmin edilməsinə, E. Rüstəmov qeyd edib ki, bu istiqamətdə kompleks tədbirlər görülür:

"Bu məzənnə səviyyəsində bank sektoru kifayət qədər dayanıqlıq nümayiş etdirdi. Əmanətçilər üçün bu gün heç bir təhlükə yoxdur, mən bunu tam məsuliyyətlə deyirəm. Lakin bütün bunlara baxmayaraq, bank sektorunun sabitliyinin artırılması istiqamətində əlavə tədbirlər planlaşdırılır".

Həmçinin bax: AzadlıqRadiosunun Youtube kanalından izlə

XS
SM
MD
LG