Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:29

Tacikistan da hakimiyyətin atadan oğula keçidinə başlayır?


Rustami Emomali
Rustami Emomali

Tacikistan prezidenti Emomali Rahmonun böyük oğlu Rustam Emomali ölkə parlamentinin – Milli Məclisin yuxarı palatasının spikeri seçilib.

Aprelin 17-də Tascikistan senatorları prezident oğlunun bu posta sahiblənməsinə yekdilliklə səs veriblər.

Bu, ölkədə əhəmiyyətinə görə ikinci vəzifədir.

Konstitusiyaya görə prezidentin vəfat etdiyi və ya ölkəni idarə etmək iqtidarında olmadığı təqdirdə onun yerini məhz Milli Məclisin spikeri tutmalıdır.

Rustam Emomali eyni zamanda paytaxt Düşənbənin meri vəzifəsini tutur.

Prosesin son fazası

Ekspertlər bildirirlər ki, bu yeni təyinatdan sonra Tacikistan nəhayət ölkədə koronavirus epidemiyasının olduğunu etiraf edə və fövqəladə vəziyyət elan oluna bilər.

Rustam Emomalinin siyasi varis kimi hazırlığına 2016-cı ildən başlanıb. O 2017-ci ildən MDB-də ən gənc paytaxt meri olub.

Bunun ardınca Rustam Emomalini Milli Məclisin yuxarı palatasına senator seçmişdilər.

Politoloqlar hesab edirlər ki, Tacikistanda hakimiyyətin atadan oğula ötürülməsi prosesinin son mərhələsi həyata keçirilib.

2016-cı ildə Konstitusiyaya edilmiş düzəliş prezidentlik üçün yaş senzini 35-dən 30-a endirib.

Tacikistan epidemiyanı etiraf edəcəkmi?

“Tacikistanda islahat və inkişaf” xalq hərəkatının lideri Sharofiddin Gadoyev Rusiyanın “Nezavisimaya qazeta” qəzetinə deyib ki, oğlunun spiker seçilməsi hələ Emomali Rahmonun dərhal, elə bu payız vəzifəsini tərk edəcəyi demək deyil:

“Məsələ burasındadır ki, ölkədə koronavirus epidemiyası ilə bağlı iqtisadi vəziyyət son dərəcə ağırlaşıb. Tacikistan hökuməti hələki epidemiyanın olmasını etiraf etmir. Əgər Rahmon karantin elan etmiş olsaydı, oğlunu parlamentin spikeri təyin edə bilməyəcəkdi”.

Qəzet yazır ki, karantin elan olunmamasının bir səbəbi də ölkənin son dərəcə yoxsul olmasıdır. Beləki əgər karantin elan edilərsə, işsizlərə müavinət verilməsi lazım gələcək. Hökumət hazırkı şəraitdə bunu etmək iqtidarında deyil.

Beynəlxalq dəstək

Bu da bildirlir ki, Taciksitanın koronavirusu rəsmən inkar etməsinə baxmayaraq Avropa İttifaqı epidemiya ilə mübarizə üçün Tacikistana 80 milyon avro məbləğində yardım göstərmək qərarına gəlib.

Bunun 48 milyon avrosu qrant şəklində, 30 milyon avrosu isə tibb işçilərinə qoruyucu ləvazimat və geyimlərin alınması üçün verilir.

Almaniya da Düşənbəyə 1 milyon avro məbləğində yardım göstərəcək.

Bu arada Beynəlxalq Valyuta Fondu borcları silinəcək çox yoxsul 25 ölkənin siyahısına Tacikistanı da daxil edib.

Fondun baş direktoru Kristalina Georgievanın bəyanatında deyilir ki, sözü gedən ölkələr borclarının ödənməsi öhdəliyindən dərhal azad ediləcək.

XS
SM
MD
LG