Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:00

Gözlə görünməyən və çox yüngül günəş batareyaları hazırlanıb


Günəş batareyası
Günəş batareyası

-

Massaçusets Texnologiya İnstitutunda dünyanın ən yüngül günəş batareyaları hazırlanıb. Bu barədə institutun rəsmi səhifəsində bilgi verilir.

Batareyalar o qədər yüngüldür ki, onları sabun köpüyü də asanca saxlaya bilər. Yeni günəş batareyalarından daşınan elektronika, kosmik və aviasiya sahələrində, kağız və geyimdə yararlanmaq olar. Bu batareyalar gözlə görməyəcək qədər balacadır.

Yeniliyin müəllifi Massaçusets Texnologiya İnstitutunda innovasiyalar üzrə dekan müavini Vladimir Bulović-dir. O öz komandası ilə uzun illər bu sahədə çalışıb.

1 kq çəkiyə malik adi silisium lövhəsi təxminən 15 vatt enerji törədir. Yeni modelin ondan 400 dəfə daha effektiv olduğu iddia edilir. Bu iddia 1 qram çəkili günəş batareyasının təxminən 6 vatt enerji generasiya etməsindən qaynaqlanır.

Belə batareyaları evlərə internet paylayan aerostatlardan tutmuş, peyk və kosmik gəmilərədək hər yerdə tətbiq etmək olar.

XS
SM
MD
LG