Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:00

Yerevan deyir ki, Bakıdan yeni sülh təklifləri alıb


Qarabağın mərkəzi Xankəndi
Qarabağın mərkəzi Xankəndi

Ermənistanın xarici işlər naziri sentyabrın 13-də deyib ki, ölkəsi potensial sülh sazişinə dair Bakıdan “yeni təkliflər” alıb. Bundan bir neçə saat öncə isə onun azərbaycanlı həmkarı Bakının Qırmızı Xaça Qarabağa mütəmadi humanitar yük daşımağa icazə verməyə hazır olduğunu açıqlayıb.

“Biz təkliflərimizi Azərbaycana yollamışıq. Dünən (sentyabrın 12-də) Azərbaycan tərəfdən yeni təkliflər aldıq. Proses gedir, müzakirə aparılır”,Ararat Mirzoyan bildirib.

Ancaq onu da qeyd edib ki, “təəssüf ki, tərəflərin mövqelərinin tamamilə fərqləndiyi əsas məsələlər var”.

Mirzoyan tərəflərin potensial təklifləri haqda detalları açıqlamayıb. Bakı isə bu məlumatı şərh etməyib.

Rusiyanın TASS agentliyi Mirzoyana istinadla yazır ki, iki ölkə lideri gələn ay İspaniyada görüşəcəklər. Konkret görüşün təyin olunub-olunmadığı, yaxud onun Aİ Şurasının Prezidenti Şarl Mişelin (Charles Michel) daha öncəki təklifinə istinad etdiyi aydın deyil.

Bayramov BQXK başçısı ilə görüşüb

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov isə dünən bildirib ki, Bakı Qırmızı Xaçın Qarabağa mütəmadi humanitar yük daşımasına icazə verməyə hazırdır. Amma o, Qarabağda Ermənistanın dəstəklədiyi rejim liderlərini regiona girişi blokladığını vurğulayıb.

Bayramov BMT-nin Cenevrədəki qərargahında jurnalistlərə deyib ki, həmin şəhərdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) başçısı ilə danışıqlar aparıb, Bakı ilə Yerevan arasında gərginliyi azaltmaq yönündə əməkdaşlıq üzrə razılaşma əldə ediblər.

Ermənistan Azərbaycanı Laçın dəhlizini bağlamaqda ittiham edir. Bakı isə yolun humanitar məqsədlərlə açıq olduğunu deyir.

“BQXK hazırdır. Azərbaycan hökuməti hazırdır”, – deyən Bayramov onu da əlavə edib ki, yeganə problem Qarabağ liderlərinin yolları “bloklamasıdır”.

Son 30 ildə ilk dəfə

Bu bəyanatdan bir gün öncə Rusiyanın humanitar yük daşıyan maşını Azərbaycan ərazisindən Qarabağa daxil olub ki, bu da son 30 ildən artıq müddətdə ilk sayılır.

Dörd gün öncə Qarabağ və Azərbaycan regiona yarım çatdırılması üzrə razılaşma əldə olunduğunu açıqlayıb. Bu arada beynəlxalq yardım qrupları Qarabağda ərzaq və dərman qıtlığı yaşanması haqda xəbərdarlıq səsləndiriblər.

Separatçıların Ağdam yoluyla Rusiya yardımını qəbul etməsi qarşılığında Azərbaycan hakimiyyəti Laçın dəhlizi ilə yardımın göndərilməsinə icazə verib.

Bakı Ağdam yolundan Laçın dəhlizinə alternativ kimi istifadəni təklif edir. Qarabağdakı separatçı rejim isə iddia edir ki, Bakı bununla regiona göndərilən yardımlar, region üzərində nəzarəti bərpa etməyi hədəfləyir.

Xatırlatma

2023-cü ilin aprelində Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında "Laçın" sərhəd-buraxılış məntəqəsi qurulub.

Ermənistan bunu 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın pozulması kimi qiymətləndirib.

Azərbaycan isə postun Laçın dəhlizi ilə Qarabağa silah və başqa qanunsuz yüklərin daşınmasının qarşısını almaq məqsədilə qurulduğunu açıqlayıb.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Aİ formatını dəstəkləyir. Amma tərəflər arasında, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG