Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 15:03

Ermənistan müdafiə nazirliyinə 10 milyonlarla dram ittihamı


Vahan Badasyan
Vahan Badasyan

Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran qurumun parlamentinin keçmiş deputatı Vahan Badasyan Ermənistanın baş hərbi istintaq idarəsində 5 saat dindirilib.

Badasyan Azadlıq Radiosunun erməni xidmətinə bildirib ki, onun orduda satınalmalar sahəsində pozuntulara dair istintaqa təqdim etdiyi faktlar cinayət işinin açılmasına yetərli olmalıdır.

ON MİLYONLARLA DRAM

Vahan Badasyan bir ay öncə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Hakobian-a ittihamlar irəli sürüb. «Movses Hakobian müdafiə nazirinin müavini, müdafiə nazirliyinin maddi-texniki təminat departamentinin rəisi olduğu dövrdə vəzifəsindən sui-istifadə edərək, satınalmalar haqqında qanunu pozaraq, özünə məxsus müəssisə ilə Müdafiə nazirliyi arasında buğdanın bazar qiymətindən xeyli baha qiymətə satın alınmasına dair müqavilə imzalayıb. Bunun nəticəsində o, ordunun on milyonlarla dramını mənimsəyib», – deyə Badasyan bildirib. Dünənsə keçmiş qarabağlı deputatı hərbi istintaq idarəsinə ifadə verməyə çağırıblar.

Buna da bax:​ Ermənistanda qalmaqallı "1000 dram" qanunu qəbul edildi

Keçmiş deputat Azadlıq Radiosuna müsahibəsində belə deyib: "Bəllidir ki, tenderə bir sıra qurumlar, o cümlədən Artsaxda (Qarabağ nəzərdə tutulur - tərc.) ziyanla işləyən, ancaq üstünlüyü olan müəssisələr də qatılıb. Çörək istehsal edən müəssisələr bu gün o qədər də sərfəli durumda deyillər. Ancaq generallara və yüksək rütbəli zabitlərə məxsus bir sıra müəssisələr bazar qiymətlərindən 30-40 dram (6 - 7 sent) artıq qiymətlərlə tenderi udublar. Beləliklə, müdafiə nazirliyi 100 - 200 milyon dram (208,6 min - 417,3 min dollar) ziyana düşüb".

Badasyan deyir ki, onun istintaqa təqdim etdiyi faktlar cinayət işinin qaldırılmasına yetərli olmalıdır.

HAKOBİAN ÖZÜ ŞƏXSƏN ONA ZƏNG VURUB

Onun sözlərinə görə, bu ittihamlardan sonra Movses Hakobian bir dəfə ona zəng vuraraq deyib ki, gərək bu sözləri şəxsən onun özünə söyləyərdi. "Ancaq dedim ki, köhnə döyüş yoldaşı kimi hər zaman şəxsən danışmağa hazıram, amma mən təkcə onlardan yox, ordunu bu vəziyyətə salan, ordudan oğurlayan bütün generallardan incimişəm. Onlar feodala, həm ordu, həm də millət üçün fəlakətə çevriliblər", – deyə Badasyan bildirib.

Buna da bax: “Dövlət səviyyəsində soyğunçuluq”

Keçmiş deputat deyir ki, onda yaranan təəssürata görə, müstəntiq həqiqətən də obyektiv araşdırma aparmaq istəyib.

"Düşünürsünüz ki, Ermənistanın baş istintaq idarəsi ölkənin silahlı qüvvələrinin Baş qərargah rəisinə cinayət işi aça bilər?" sualına cavab olaraq Badasyan belə deyib: "Əminəm ki, başqa yol yoxdur. O, ədalət naminə, hamımızın, Artsax xalqının naminə, Ermənistanın sərhəd bölgələri, əhalimizin təhlükəsizliyi naminə obyektiv olmağa və ordudan oğurlayan və oğurlamaqda davam edən istənilən şəxsə cinayət işi açmağa borcludur".

ŞİRKƏT QARDAŞININDIR

Azadlıq Radiosunun erməni xidmətinin “Facebook” sosial şəbəkəsində keçirdiyi mətbuat konfransında istifadəçilərdən biri Ermənistan Müdafiə nazirliyinin sözçüsü Artsrun Hovannisian-dan soruşub ki, hərbi istintaq idarəsinin baş qərargah rəisinin orduda mənimsəmələrlə əlaqəsini aydınlaşdırması ehtimalı varmı. Nazirlik rəsmisi bu suala cavab olaraq belə düşünmədiyini deyib. "Çünki, Vahan Badasyan-ın haqqında danışdığı şirkət Baş qərargah rəisi Movses Hakobiana yox, onun qardaşına məxsusdur", – deyə o bildirib.

Buna da bax:​ Ermənistan mediası: "oyuncaq nazir"

«Movses Hakobianın özü dəfələrlə deyib ki, bu və ya digər pozuntunun... araşdırılmasına normal yanaşır», – Hovannisian söyləyib.

Radio nazirlik rəsmisinə nazirliyin Badasyan-ın ittihamları ilə bağlı, heç olmasa, daxili audit keçirib-keçirməməsi barədə sual verib. «Əlbəttə. ...Ancaq mən buna yenidən toxunmaq istəmədim. Özü də indi istintaq gedir. İstintaq gedə-gedə ortaya çıxardığımız faktlar barədə bilgi verməyi düzgün saymıram. ...İstintaq bitsin, onda uyğun sübutlar və təkziblər tapılaraq elan ediləcək», – deyə Hovannisian cavab verib.

Buna da bax:​ Ermənistanda hərbçilərə pul yığılması müxalifəti qəzəbləndirib

Ermənistan istintaq komitəsi sədrinin müşaviri Sona Truzyan bildirib ki, Vahan Badasyan Hərbi istintaq idarəsinə mətbuata açıqlamalarına dair yazılı məlumat verib. Onun sözlərinə görə, hazırda göstərilən faktların yoxlanılması yönündə tədbirlər görülür.

XS
SM
MD
LG