Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:24

Kreml Paşinyanın sərhəd boyunca Rusiya postları ideyasını şərh etmək istəmir


Peskov: “Yerevanla təmaslar davam edir. Buna heç nə əlavə edə bilmərəm”

Kreml Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın bütün Ermənistan-Azərbaycan sərhədi boyunca Rusiya sərhəd postlarının yerləşdirilməsi ideyasını şərh etmək istəmir.

Bunu iyulun 29-da jurnalistlərin suallarına cavab verərkən Kremlin sözçüsü Dmitri Peskov deyib:

“Yerevanla təmaslar davam edir. Buna heç nə əlavə edə bilmərəm”.

Rusiyanın TASS dövlət xəbər agentliyinin məlumatına görə Peskov deyib ki, Rusiya Azərbaycan-Ermənistan sərhədi boyunca atəşkəs rejiminin bərpası üçün az səy göstərməyib və bu səylər davam etdirilir:

"Dünən Ermənistan-Azərbaycan sərhədində gərginlik olub. Bilirsiniz ki, Rusiya nümayəndələri atəşkəs rejiminin bərpası üçün az səy göstərməyiblər. Bu iş davam etdirilir. Rusiya Yerevan və Bakı ilə təmaslarını davam etdirir ki, üçtərəfli razılaşmaların tam həyata keçirilməsi təmin edilsin”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Nikol Paşinyanın təklifinə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri, “azərbaycanyönlü mövqeyi ilə tanınan” Leonid Kalaşnikov da münasibət bildirib:

“Belə təhlükəsizlik məsələləri çox vaxt sakitcə həll olunur. Mətbuatın da olduğu açıq meydançalarda bəyanatları adətən siyasi xal yığmaq, hökumət, parlament səviyyəsində təsdiqlənmək və ya hər hansı başqa məqsədlər üçün verirlər”.

Kalaşnikov buna da işarə edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (ODKB) Ermənistan-Azərbaycan sərhədinə müşahidəçi göndərməyə razılıq verəcəyi ağlabatan görünmür.

Rusiya millət vəkili bildirib ki, Ermənistan ODKB üzvüdür və Paşinyan bu təşkilata daxil olan ölkələrin mövqeyini bilir:

“Bu çox mürəkkəb, ciddi məsələdir və ilk növbədə Putin, Əliyev və Paşinyan arasında həll olunmalıdır”.

'Kreml Ermənistan-Azərbaycan sərhədində öz planını həyata keçirməyə çalışır'
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

Paşinyan: Ermənistan-Azərbaycan sərhədi boyunca Rusiya postları qurmaq lazımdır

Ermənistanda baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan hesab edir ki, sərhəddə hərbi toqquşma riski olmadan demarkasiya işləri aparmaq üçün bütün Ermənistan-Azərbaycan sərhədi boyunca Rusiyanın sərhəd postlarını qurmaq lazımdır.

Azadlıq Radiosu Ermənistan xidmətinin iyulun 29-da yaydığı məlumata görə, o bunu hökumətin iclasında deyib və qeyd edib ki, bu məsələni Rusiya tərəfi ilə müzakirə etməyə hazırlaşırlar.

Paşinyan bunadək yalnız Sünik istiqamətindəki sərhəd məntəqələrdən birində beynəlxalq müşahidəçilər yerləşdirilməsini təklif edirdi.

“Azərbaycan Ermənistanı təxribatçılıqda günahlandırır.Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi , sentyabrda sədrliyi ələ alacaq Ermənistan təşkilat üçün təhlükə yaratmamaq və müttəfiq ölkələri hərbi əməliyyatlara cəlb etməmək məsuliyyətini başa düşür və mən Ermənistan silahlı qüvvələri tərəfindən hər hansı bir təxribat hərəkətlərini rəsmi olaraq istisna edirəm. Eyni zamanda, hesab edirəm ki, Azərbaycanla Ermənistan arasındakı qarşılıqlı ittihamların həqiqiqiliyini aydınlaşdırmaq üçün, bu təşkilatın monitorinq missiyasının bütün Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməsi mümkün həll yollarından biri ola vbilər.Hansı ki, bu təşkilatın fəaliyyətinin hüquqi normalarında nzərdə tutulur.

Paşinyan qeyd edib ki, təşkilat çərçivəsində belə bir missiyanın həyata keçirilməsi mümkünsüz olduğu təqdirdə isə ATƏT-in Minsk Qrupunun həmsədrliyi də daxil olmaqla, digər beynəlxalq formatlar Ermənistan tərəfi üçün məqbul ola bilər”,deyə o vurğulayıb.

“İndiki şəraiti nəzərə alaraq, Azərbaycanla sərhəddə hərbi toqquşma riski olmadan demarkasiya işləri aparmaq üçün, bütün sərhəd boyunca Rusiya sərhəd postlarının qurulmasını ağlabatan hesab edirəm” deyə Paşinyan bildirib.

Ermənistan-Azərbaycan sərhədi
Ermənistan-Azərbaycan sərhədi

Sərhəddə vəziyyət hələ də sabit deyil.

Azərbaycan-Ermənistan sərhədindəki mövcud vəziyyətə gəldikdə isə Paşinyan deyib ki, vəziyət hələ ki, sabitləşməyib.

O, Azərbaycanı təcavüzkar ritorika və hərəkətlərdə, həmçinin vəziyyətin siyasi və davamlı şəkildə həlliylə bağlı beynəlxalq aləmin təkliflərini cavabsız qoymaqda günahlandırıb.

Qeyd edək ki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan 44 günlük Qarabağ savaşı və 3 tərəfli atəşkəs razılaşmasından sonra öz əzəli sərhədlərini bərpa edir.

Son vaxtlar sərhədin müxtəlif istiqamətlərində atəşkəsin pozulması, itki və xəsarətlər olması barədə məlumatlar gəlir.

Tərəflər buna görə bir-birini günahlandırırlar.

XS
SM
MD
LG