Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:21

Ermənistan XİN: Yerevan və Bakı danışıqların vaxtını və yerini müzakirə edirlər


Xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın 7 noyabr 2022-ci il Vaşinqton danışıqları
Xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın 7 noyabr 2022-ci il Vaşinqton danışıqları

Ermənistan və Azərbaycan iki ölkənin xarici işlər nazirlərinin qarşıdan gələn görüşünün yerini və vaxtını müzakirə edirlər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu bəyanatı Ermənistan XİN yayıb.

Xəbərdə deyilir ki, iki ölkənin liderləri ötən həftəsonu Almaniyanın Münhen şəhərində kansler Olaf Şoltsun ev sahibliyi ilə keçirilən görüşdə belə bir razılaşma əldə etmişdilər.

Ermənistan XİN-in sözçüsü Ani Badalyan Azatutyuna deyib ki, hazırda tərəflər danışıqların yerini və vaxtını müzakirə edirlər.

Azatutyun yazır ki, sözü gedən danışıqların ikitəfli və ya vasitəçi ilə keçiriləcəyi məlum deyil.

Bundan əvvəl

Ötən il Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov erməni həmkarı Ararat Mirzoyanla Vaşiqtonda noyabrın 20-də keçirilməsi planlaşdırılan görüşə gəlməmişdi.

Azatutyun yazır ki, Bakı Vaşinqton görüşünü ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O’Brayenin “erməniyönlü bəyanatlarına” görə ləğv etdiyini bildirmişdi.

Bu da qeyd olunur ki, Azərbaycan prezidenti İlham Əliyev Münhen görüşündən üç gün əvvəl demişdi ki, Bakının Yerevanla münasibətləri normallaşdırmaq üçün vasitəçilərə ehtiyacı yoxdur.

Yerevan isə danışıqların Qərbin vasitəçiliyi davam etdirilməsini istəyir.

Münhen danışqılarının ərəfəsində baş nazir Nikol Paşinyan Əliyevi Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunmuş razılaşmalardan geri çəkilməkdə ittiham etmişdi.

Öz növbəsində rəsmi Bakı Yerevanı sülh müqaviləsinin imzalanmasını uzatmaqda ittiham edir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi ( danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Separatçı qurumun bir çox liderləri də saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG