Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:39

Əfqan Muxtarlının xanımı 4 yaşlı qızı ilə birlikdə Gürcüstanı tərk edib


Leyla Mustafayeva
Leyla Mustafayeva

Azərbaycanda həbsdə olan jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva qızı ilə birlikdə Gürcüstanı tərk edib.

Bu barədə oktyabrın 12-də Azadlıq Radiosuna Leyla xanımın özü məlumat verib.

Məlumatı onun vəkili Arçil Çopikaşvili də təsdiqləyib.

Leyla Mustafayeva hazırda 4 yaşlı qızı ilə birlikdə Almaniyanın Berlin şəhərində olduğunu deyir.

O bunun səbəbini Gürcüstanda özünü təhlükəsiz hiss etməməsi və izlənməsi ilə izah edir.

Qeyd edək ki, Leyla Mustafayeva bundan əvvəl də dəfələrlə Gürcüstanın hüquq-mühavizə orqanlarını Əfqan Muxtarlının Tbilisidə oğurlanması və Azərbaycana aparlması ilə bağlə effektli istintaq aparmamaqda tənqid edib,həmçinin müəyyən şəxslər tərəfindən izləndiyini və Gürcüstanda özünə də təhlükə olduğunu demişdi.

Leyla Mustafayeva buna görə oktyabrın 11-də 4 yaşlı qızı Nurayla birlikdə Gürcüstanı tərk edərək Berlinə getdiyini deyir: “Avqustun 2-4-də Azərbaycanın daxili işlər naziri Ramil Usubovun Gürcüstana səfərindən sonra izləmələr intensivləşmişdi. Biz bundan əvvəlki izləmələr barədə də prokurorluğa şikayət, habelə həmin adamların foto və videolarını cəkib vermişdik. Hətta kafelərdən birində naməlum adamın mənim oturduğum stolun yayına çanta qoymasının videosunu da prokurorluğa verdik. Çanta demək olar ki, boş olduğundan güman edirdik ki, orda dinləmə qurğusu ola bilər. Prokurorluqdan mənə bildirdilər ki, bəli həmin adam çantanı məqsədli şəkildə yerləşdirib, amma prokurorluq sonrakı gün həmin adamı müdafiə elədi, dedi ki,o ela adam deyil".

Leyla Mustafayeva
Leyla Mustafayeva

Leyla Mustafayeva deyir ki, Ramil Usubovun səfərindən sonra izlənmələri barədə hələ avqustun 7-də şikayət versələr də bugünədək araşdırmayıblar.

Leyla xanım hesab edir ki, onu izləyənlərdən biri, oğurlanmazdan əvvəl Əfqanı izləyən adam olub və deyir ki, prokurorluq bu işləri araşdırmadığından onlar Gürcüstanı tərk etmək məcburiyyətində qalıblar: "Əgər prokurorluq həmin adamları müdafiə edirsə,onda biz daha Gürcüstanın hüquq-mühavizə orqanlarına güvənə bilmərik", Leyla Mustafayeva deyir.

Leyla Mustafayeva yaxın vaxtlarda Almaniya hökumətindən sığınacaq istəyəcəyini deyir.

Gözlə

No media source currently available

0:00 0:02:35 0:00
Direct-ə keçid

Buna da bax: Əfqan Muxtarlının xanımı izləndiyini deyir

XATIRLATMA

Gürcüstandanda oturum izini alan jurnalist Ə.Muxtarlı mayın 29-u müəmmalı şəkildə həbs edilib. Ə.Muxtarlının bildirməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun deməsinə görə, sərhədə cibinə 10 min avro da qoyulub.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Sonra həbs müddəti artırılıb.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının da müəllifi idi.

XS
SM
MD
LG