Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:54

Astarada fermer:‘Hər şeyi qanunla tələb edirəm, xoşları gəlmir’


Qoyun sürü, Astara 2018
Qoyun sürü, Astara 2018

Astara rayon Şiyəkəran kənd bələdiyyəsi ilə “Şindan” kooperativi arasında mübahisə yaranıb. “Şindan” kooperativinin sədri Zeydulla Cəbiyev deyir ki, bələdiyyə ona məxsus torpağı əlindən almaq istəyir.

O baş verənləri qisasçılıq adlandırır:

Fermer dilinin başına bəla olduğunu düşünür

“Mən vaxtaşırı olaraq fermerlərin qarşılaşdığı problemləri mətbuata danşıram. Bu da kimlərinsə xoşuna gəlmir. Bu yolla da məni sıxşdırırlar. 2003-cü ildə Şiyəkəran bələdiyyəsindən 10,7 hektar icarəyə yer götürmüşəm. Bu müddət noyabrda bitir. Bələdiyyəyə xəbərdarlıq etmişəm ki, torpağı yenidən icarəyə götürəcəyəm. Bələdiyyə deyir ki, artıq torpağı başqasına vermişik.”

Fermerin sözlərinə görə, kooperativin 150 nəfər payçısı var.Bu payçılar əsasən dağ ərazilərində yaşayanlardır:

“Su, mal yemi hamısı problemdir. Özümüzü oda-közə vurub təsərrüfatımızı yaşadırıq. Kömək əvəzinə isə belə maniələr yaradırlar.”

“Bu torpaq əlimdən alınsa gərək işi dayandırm”

Zeydulla Cəbiyev deyir ki, məhsul istehsalında ona dəstək verilməyib:

“Dağda kənd təsərrüfatı məhsulları istehsal edən yeganə kollektiv təsərrüfat bizik. Dağda çox çətindir. Mini traktor istədim, amma vermədilər. Gördüm baha başa gəlir. Əlavə torpaq istədim, onu da bəhanə gətirib vermədilər. Məni yaxına buraxmırlar. Çünki hər şeyi qanunla tələb edirəm, xoşları gəlmir. İndi də Şiyəkəran bələdiyyəsi mənim üçün problem yaradır. Həmin ərazidə 100 min manat dəyərində tikinti var. Orada mal-qara üçün tövlə, yardımçı binalar inşa edilib. Bəs onlar nə olacaq? Bu torpaq əlimdən alınsa gərək işi dayandırm. Bura nisbətən aşağı ərazilərdir. Hava yuxarıdakı kimi sərt deyil. 396 baş xırdabuynuzlu mal-qaranı bura gətirirk ki, qışı keçirtsin.Əsasən qoyunlar.”

Fermer Apelliyasiya Şurasına şikayət edib

Fermer deyir ki, bu məsələ ilə bağlı Azərbaycan Kənd Təsərrüfatı Nazirlyi-ndə də olub:

“Nazirlrikdən mənə məsləhət gördülər ki, Azərbaycan Respublikası Prezidenti yanında Apelliyasiya Şurasına müraciət edim. Şurada oldum. Şuranın sədri Eldar Nuriyevə rəsmi ərizə yazmışam.Söz verdilər ki, bu məsələyə baxılacaq.Gözləyirəm.”

Zeydulla Cəbiyev-in fikrincə bu problemi rayonda da həll edə bilərdilər:

Zeydulla Cəbiyev, Astara 15 sentyabr 2018
Zeydulla Cəbiyev, Astara 15 sentyabr 2018

“Mən bu problemlə əlaqədar Astara Rayon İcra Hakimiyyətinə yazılı və şifahi müraciət etsəm də nəticəsi olmadı. Mən sadəcə onu anlaya bilmirəm ki, prezidentin kənd təsərrüfatı ilə bağlı verdiyi göstərişləri nə üçün qulaqardına vururlar. Kənd təsərrüfatın inkişafı ilə bağlı çoxlu qanunlar var. Bu qanunlar bizim xeyirmizədir. Amm bu qanunları yerinə yetirmirlər.”

İcra nümayəndəsi: “Onu məhkəməy vermək fikrimiz var”

Adətən Astara rayon İcra Hakimiyyəti başçısının qəbuluna düşmək istəyənlər müvafiq icra nümyəndəlyində qeydiyyatdan keçirlər. Şiyəkəran kənd icra nümayəndəsi Tofiq Əliyev də təsdiq edir ki, fermer İcra Hakimiyyəti başçısının yanında olub:

“Mənimlə birlikdə icra başçısının qəbulunda olub.İcra başçısı ona bildirdi ki, hərrac yolu ilə torpağı alsın. Həmin adam bu 15 ildə cəmi bir dəfə 60 manat icarə haqqı ödəyib. O torpaqları vətəndaşlara satıb. Qanunsuz olaraq evlər tikiblər. Yoxlamışıq orda 10,7 hektar əvəzinə 2 hektar torpaq qalıb. Onu məhkəməyə vermək fikrimiz var.”

Şiyəkəran bələdiyyə sədri Firuz Nəcəfov isə deyir ki, bələdiyyə torpaqları qanunvericiliyiə uyğun şəkildə icarəyə verir:

Bələdiyyə sədri :“Bələdiyyə torpağı icarəyə verilərkən hərraca çıxarılmaldır”

“Onun müqaviləsinin müddəti bitir. Hələ torpağa heç kim girməyib.Yeni qaydaya görə, bələdiyyə torpağı icarəyə verilərkən hərraca çıxarılmaldır. O torpağı reyesterdən çıxarmalıdır, katasdır almalıdır.Ona bu barədə məlumat verilib.O elə bilir ki, torpağı ona vermək istəmirik. Bələdiyyə bu gün istəsə də torpağı ona verə bilməz. Onun qanunu yolu budur. Bizim üçün nə fərqi var ki, həmin torpağı kim icarəyə götürəcək? Hərraca çıxardacaqlar, orda torpağı alsın.”

Zeydulla Cəbiyev isə onun ünvanına deyilənlərlə razılaşmır:

“Həmin torpaqlar yararsız torpaqlardır. Əkin üçün deyil. Mən orada mal-qara saxlayıram. Onlar böhtan atamaqla torpağı əlimdən almaq istəyirlər.”

XS
SM
MD
LG