Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:27

“Natiq Cəfərli 50 min manat ödəməlidir”


Natiq Cəfərli
Natiq Cəfərli

►"Təkcə “Yiyəsindən icazə alsın” ifadəsi elə inkarolunmaz təhqirdir. İnsanın yiyəsi ola bilməz."

Oktyabrın 14-də Yasamal Rayon Məhkəməsi keçmiş maliyyə naziri Fikrət Yusifovun şikayətinə baxıb.

Söhbət onun iqtisadçı ekspert, REAL hərəkatının icra katibi Natiq Cəfərliyə qarşı qaldırdığı iddiadan gedir.

Keçmiş nazir hesab edir ki, Natiq Cəfərli öz Facebook səhifəsində onu təhqir edib, şərəf və ləyaqətini alçaldıb.

Hakim Sərdar Mehrəliyevin sədrliyi ilə keçirilən prosesdə cavabdeh tərəf iştirak etməyib.

Buna da bax: Bəhruz Hacıyevin işi: Ekspertizanın cavabslz cavabı

Hakimin qərarı ilə məhkəmə araşdırmasına başlandı. İddiaçı tərəfin nümayəndəsi Bayram Sadıqov izahat verdi:

Fikrət Yusifov
Fikrət Yusifov

“FİKRƏT YUSİFOV QRANT LAYİHƏLƏRİ ALA BİLƏRDİ, AMMA...”

“Natiq Cəfərli öz Facebook səhifəsində Fikrət Yusifovun işgüzar nüfuzunu pozan ifadələr işlədib. Bununla da gələcəkdə qrant layihələri ala biləcəyinə maneçilik törətməklə ona maddi və mənəvi zərər vurub. Natiq Cəfərli yazır ki: “Ayrıca yazmağa həvəsim yoxdur. Həm də mövzuya aid olan adam haqqında ayrıca yazmağıma da dəymir. Hökumət savadsız birindən iqtisadçı ekspert düzəltmək istəyir. Tez-tələsik ona QHT də açdılar. O da adımızı çəkmədən ünvanımıza absurd, axmaq, böhtan dolu fikirlər səsləndirir. Sözümün canı budur ki, yiyəsindən icazə alsın, çıxaq TV-də canlı yayıma, insanlar da kimin kim olduğunu, səviyyəsini görsün. Daha arxamızca danışıb qeybət etməsin”. Daha bir statusunda isə yazır: “Hökumət Allahın savadsız bir bəndəsindən zorla iqtisadçı ekspert düzəltmək istəyir. Guya bizlərə cavab vermək üçün ondan istifadə edir, adamın iqtisadi savadsızlığı

İqtisadi siyasətlə bağlı bizim fikirlərimiz, görünür, çox qıcıq yaradır. Çünki hökumətin və ya hökumətə yaxın dairələrin, “ekspertlər”in gətirə biləcəyi arqumentləri bizim arqumentlər, rəqəmlər alt-üst edir.

dəhşətverici həddədir. Cavab verməyəcəkdim, sadəcə peşəmi çox sevdiyimdən belələrinin peşəmizi ləkələməsini istəmirəm. Yəni yaxşı oxuyan 2-ci kurs tələbəsi bu fərqləri anlayıb belə absurd bəyanatlar verməzdi. Gör kimin ümidinə qalıblar”. Hər iki statusda təhqir dolu, şərəf və ləyaqəti alçaldan ifadələr var. Fikrət Yusifov elmlər doktoru, professor, ailəli adamdır, ona qarşı bu cür ifadələr yolverilməzdir. Təkcə “Yiyəsindən icazə alsın” ifadəsi elə inkarolunmaz təhqirdir. İnsanın yiyəsi ola bilməz. Bütün bunlar təhqir hesab olunmalıdır. İddiamız qanuni və əsaslıdır, ona görə təmin olunmasını xahiş edirik”.

Buna da bax: Sahibkarları kim "boğur, soyur, incidir"?- [Fikrini de]

Daha sonra Bayram Sadıqov Fikrət Yusifova dəyən maddi zərər kimi 45 min manat, mənəvi zərər kimi isə 5 min manatın Natiq Cəfərlidən tutularaq zərərçəkənə verilməsini istədi.

Hakim Sərdar Mehrəliyev iddiaya cavabdehin də iştirakı ilə baxılmağı doğru bildi və prosesi noyabrın 3-dək təxirə saldı.

Natiq Cəfərli bu günlərdə AzadlıqRadiosuna deyib ki, son vaxtlar müstəqil ekspert rəylərinə qarşı bir basqı hiss olunur:

“İqtisadi siyasətlə bağlı bizim fikirlərimiz, görünür, çox qıcıq yaradır. Çünki hökumətin və ya hökumətə yaxın dairələrin, “ekspertlər”in gətirə biləcəyi arqumentləri bizim arqumentlər, rəqəmlər alt-üst edir. Bəlkə də bu məhkəmələrə müraciətlər ona xidmət edir ki, iqtisadi fikirlərə qarşı arqumentlər olmasın və rəsmi mövqe cəmiyyətdə hegemon olsun”.

XS
SM
MD
LG