Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:59

Formula 1-ə Azərbaycanın insan haqları ilə bağlı daha bir çağırış edildi


İdman İnsan Haqları üçün təşkilatı eyni çağırışla Bakı yarışının açılışında iştirak edəcək pop ulduzları Pharrell Williams, Enrique Iglesias və Chris Brown-a da müraciət edib

İdman İnsan Haqları üçün təşkilatı Bakıda Formula 1 avtomobil yarışının açılışı ərəfəsində Azərbaycanla bağlı çağırış edib.

Xüsusi olaraq Azərbaycanda insan haqlarının müdafiəsi üçün yaradılmış İdman İnsan Haqları üçün təşkilatının Formula 1-in rəhbərliyinə müraciətində Bernie Eccleston-dan ölkə rejiminə siyasi məhbusların azad edilməsi naminə çağırış etmək rica olunur.

İdman İnsan Haqları üçün təşkilatı eyni çağırışla pop ulduzları Pharrell Williams, Enrique Iglesias və Chris Brown-a müraciət edib. Bu sənətçilərin Bakıda gələn həftə keçiriləcək Grand Prix yarışının inaqurasiyasında çıxış etməsi planlaşdırılıb.

Formula 1-in rəhbərliyi ilə görüş olub

AFP xəbər verir ki, 85 yaşlı Ecclestone hələlik bu çağırışa heç bir reaksiya verməyib, amma İdman İnsan Haqları üçün artıq ötən bazar ertəsi Formula 1-in iki yüksək vəzifəli rəsmisi ilə söhbət edib.

Rebecca Vincent
Rebecca Vincent

Danışıqların davam etdiriləcəyi gözlənilir.

“İnsan Haqlarına Boğucu Hücum” adlı mühazirədə İdman İnsan Haqları üçün təşkilatının əlaqələndiricisi Rebecca Vincent deyib ki, “biz Formula 1-in başçısı Bernie Ecclestone-u Azərbaycanda insdan haqlarının vəziyyəti ilə bağlı açıq bəyanat verməyə və siyasi məhbusların azad edilməsini tələb etməyə çağırmışıq”.

“Biz ona açıq məktub yazsaq da, hələlik cavab almamışıq” – deyib Vincent.

Xanım Vincent Formula 1 rəsmiləri ilə görüşdən ümumən razı qaldığını və bu məsələlərlə bağlı əlaqə saxlamaq barədə razılığa gəlindiyini bildirib.

“Bunlar müsbət məqamlardır, lakin biz Formula 1-i bu məsələlərdə açıq mövqe tutmağa çağırırq” – deyib Rebecca Vincent.

Xanım Vincent deyib: "Biz Grand Prix yarışında çıxış edəcək bəzi məşhurları bu çıxışları ləğv etməyə çağırmışıq. Biz inanırıq ki, bu çıxışlar rejimin təbliğatı imkanlarından biridir və belə olduqda onlar öz çıxışları ilə azadlığın təbliğatına yox, rejimin repressiyalarına xidmət etmiş olacaqlar. Onlardan heç biri bizə cavab verməyib”.

Formula 1-in insan haqları siyasəti var, amma…

İdman İnsan Haqları üçün təşkilatı prezident İlham Əliyevin rejimini insan haqları müdafiəçilərini, jurnalist və blogerləri qanunsuz həbs etməkdə, ictimai fondların maliyyəsini dondurmaqda və məhdudlaşdırıcı qanunvericilik aktlarının qəbulunda ittiham edir.

Bernie Ecclestone
Bernie Ecclestone

Təşkilat iddia edir ki, Əliyev hökuməti onu tənqid edən media qurumlarını qısnayır, təqib edir və nəticə etibarilə bağlayır.

AFP yazır ki, Formula 1 son vaxtlar Bəhreyndə keçirilən yarışa görə kəskin tənqid edilirdi. 2011-ci ildə bu ölkədə baş vermis etiraz dalğalarının ardınca yarış ləğv olunmuşdu. Ecclestone insan haqları məsələlərinə qarışmaq istəmədiyini nümayiş etdirir.

Biznes və İnsan Haqları Resurs Mərkəzinin icraçı direktoru Phil Bloomer Londonda keçirilən konfransda deyib ki, Formula 1 özünün insan haqları siyasətinə hörmətlə yanaşmalıdır.

Cənab Bloomer bildirib ki, əslində bu siyasət BMT-nin baş prinsipləri əsasında çox xəsisliklə ifadə edilmiş siyasətdir, lakin Ecclestone heç olmasa bundan da istifadə etmir.

"Lakin bizə bir çox hallar bəllidir ki, hər hansı təşkilatda insan haqları siyasətləri inkişaf etdirilir, lakin həmin təşkilatların liderləri bu siyasətlərə sahib durmurlar. Mən düşünürəm ki, Bernie Ecclestone-un bu barədə şərhləri məhz belə hallardan birini nümayiş etdirir” – deyib Bloomer.

XS
SM
MD
LG