Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:38

FTB: 'Müsəlmanlar əleyhinə nifrət cinayətləri 67 faiz artıb'


Arxiv fotosu
Arxiv fotosu

Federal Təhqiqat Bürosunun (FTB-nin, orijinal qısaltması FBI– red.) illik hesabatında deyilir ki, ötən il nifrət cinayətlərinin ümumi sayı 7%, müsəlmanları hədəfə alan nifrət cinayətlərinin sayı 67% artıb.

ABŞ-ın öz tarixində ən dəhşətli terror hücumlarına məruz qaldığı 2001-ci ildən bəri müsəlmanlara qarşı bu qədər insident qeydə alınmamışdı.

FTB-nin hesabatına görə, ötən il bütün ölkədə baş vermiş 5 min 850 nifrət cinayətinin 1244-ü dini zəmində olub.

Buna da bax:​ FTB “Moskvanın Trump-a dəstəyi” iddialarını araşdırır

“Müsəlmanlara nifrəti alovlandırıb”

Vətəndaş hüquqları fəalları respublikaçı Donald Trump-ın seçilməsindən sonra dini və radikal zəminli insidentlərin dinamikasının monitorinqini aparıblar. Bütün ABŞ-da ekstremist hərəkətləri müşahidə edən Cənub Yoxsulluq Hüquq Mərkəzi (Southern Poverty Law Center) bildirib ki, ötən il "İslam dövləti”nin Avropada törətdiyi hücumları və ABŞ-da törədilmiş terror aktlarının "istismarı" "müsəlmanlara nifrəti alovlandırıb".

"Ancaq ən vacib olanı Trump-ın özünün müsəlmanlara yönəlmiş hücumları, o cümlədən müsəlmanların ABŞ-a girişinə qadağa qoyulması barədə onun məşhur çağırışıdır", - "Intelligence Report" qrupunun redaktoru Mark Potok-un sözləridir.

Ötən bazar (noyabrın13-də) "İslam Dövləti"nin Parisdə törətdiyi koordinasiyalı qanlı hücumun üstündən bir il keçdi. Bu hücum nəticəsində 130 nəfər həyatını itirmişdi.

Buna da bax:​ "Bura Amerikadır, hicabı çıxart!" - deyəni indi cəza gözləyir

Paris hücumunun üstündən bir aydan az, Kaliforniyanın San Bernardino şəhərində törədilmiş kütləvi atışmadan bir neçə gün keçmiş Trump müsəlmanların ABŞ-a daxil olmasını tam yasaqlamağa çağırdı.

Ötən həfə keçirilmiş seçkilərdən sonra…

…Hər iki cəbhədə emosiyalar səngimir. Trump-ın seçilməsindən bəri ölkədə minlərlə etirazçı küçələrə axışıb. Ötən həftəsonu polis Oreqon ştatının Portland şəhərində onlarla insanı həbs edib. İrqi, etnik və dini zəmində vandalizm və təhqir hallarının ciddi monitorinqi aparılır. Müşahidəçilər, qismən də olsa, bu halların səbəbini Trump-ın seçkiqabağı ritorikasında görürlər.

"İnsanları iqri, etnik və milli mənşəyinə, eləcə də bölgə və cinsi orientasiyasına görə hədəfə alan təhqir və ayrıseçkilik halları geniş yayılıb. Müsəlmanların ölkəyə girişini qadağan etmək və Amerika müsəlmanlarını ayıraraq onlara nəzarət etmək barədə vədlərin fonunda qurbanların çoxunun müsəlman olması təəccüblü deyil", - Amerika Vətəndaş Azadlıqları Birliyinin (ACLU) baş hüquqşünası Heather Weaver belə yazır.

Buna da bax:​ Amerikalıların 55 faizi İslama mənfi münasibət bəsləyir

Kaliforniyada, San Diego Universitetinin rəsmiləri ötən həftə baş vermiş bir cinayəti araşdırırlar. Cinayətkarlar hicablı müsəlman tələbəni soyarkən, müsəlman icması barədə xoşagəlməz sözlər deyərək, Trump-ın adını çəkiblər.

“Buna son qoyun”

Universitetin prezidenti Elliot Hirshman və digər rəsmilər yaydıqları açıqlamada bu insidenti nifrət zəminində törədilmiş cinayət sayıblar.

"Biz bu nifrət dolu hərəkəti qınayır, icmamızın bütün üzvlərini belə… hərəkətləri qınamağa çağırırıq. Nifrət cinayətləri kampusumuzun ruhuna destruktiv təsir göstərir və biz icmamızın bütün üzvlərini nifrəti rədd etmək üçün birləşməyə çağırırıq", - Hirshman-ın sözləridir.

Trump-ın özü bazar günü CBS kanalına müsahibəsində bu hərəkətlərdən kədərlənərək, “buna son qoyun” deyib.

XS
SM
MD
LG