Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:36

'Böyük yeddilik' Rusiyanı öz qoşunlarını Ukrayna sərhəddindən geri çəkməyə çağırır


Münhen Təhlükəsizlik Konfransının iştirakçısıları , Almaniya, Münhen şəhəri, 19 fevral 2022
Münhen Təhlükəsizlik Konfransının iştirakçısıları , Almaniya, Münhen şəhəri, 19 fevral 2022

Nazirlər bildiriblər ki, bu, qlobal təhlükəsizliyə və beynəlxalq nizama çağırışdır.

"Böyük yeddiliyin" (G7 ) xarici işlər nazirləri şənbə günü birgə bəyanat yayaraq, Rusiyanı Ukrayna sərhədlərindən hərbi qüvvələrini çıxarmağa və beynəlxalq öhdəliklərə tam əməl etməyə çağırıb.

Rusiya hərbi qüvvələrinin əsassız şəkildə cəmləşməsi Soyuq Müharibə dövrü bitdikdən bəri Avropada ən böyük hərbi yerləşdirmədir. Nazirlər bildiriblər ki, bu, qlobal təhlükəsizliyə və beynəlxalq nizama çağırışdır.

"Biz Rusiyanın Ukrayna sərhədləri boyunca hərbi fəaliyyətinin elan edilmiş azaldılmasını həyata keçirəcəyini gözləyirik. Biz bu azalmanın sübutunu görməmişik"-birgə müraciətdə deyilir.

Nazirlər böhranın diplomatiya yolu ilə həllinin vacibliyini qeyd edərək, Rusiyanı ABŞ-Rusiya Strateji Sabitlik Dialoqu, Rusiya-NATO Şurası və ATƏT çərçivəsində əməkdaşlıq təklifini qəbul etməyə çağırıblar.

Bəyanatı G7-yə daxil olan Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, ABŞ-ın xarici işlər nazirləri və həmçinin Avropa İttifaqı Xarici İşlər Nazirliyinin nümayəndəsi imzalayıb.

Qərb kəşfiyyatı və digər mənbələr bir neçə aydır Rusiya ordusunun Ukrayna yaxınlığında toplanması ilə bağlı xəbərdarlıq edirlər. Qərb ölkələri hesab edirlər ki, Kreml qonşu dövlətə hücum planlaşdırır.

Moskva isə ittihamları rədd edir və öz ərazisində hərbi təlimlər keçirdiyini iddia edir.

Fevralın 15-də Rusiya Müdafiə Nazirliyi Qərb və Cənub hərbi dairələrinin bölmələrinin Ukrayna yaxınlığındakı təlimlərdən öz daimi bazalarına qayıtmağa başladığını elan edib. NATO ölkələri və Ukrayna Rusiya qoşunlarının çıxarılmasını hələ görmədiklərini deyirlər.

ABŞ prezidenti Co Bayden hesab edir ki, Rusiyanın Ukraynaya müdaxiləsi təhlükəsi “son dərəcə yüksək” olaraq qalır.

XS
SM
MD
LG