Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:22

Gazprom-un başçısı Avropaya: ‘Mal bizim, qayda bizim’


Aleksey Miller
Aleksey Miller

İtaliyanın ekoloji keçid naziri Roberto Sinqolani deyib ki, Rusiyanın qazın həcmlərini azaltmasının arxasında Moskvanın “siyasi təzyiq və ya qisas motivləri” ola bilər

Rusiyanın qaz nəhəngi Gazprom Almaniya və İtaliyaya verilən qazın həcmini azaldandan sonra şirkətin rəhbəri deyib ki, “Moskva öz qaydaları ilə oynayır”.

Aleksey Miller iyunun 16-da Peterburqda keçirilən beynəlxalq forumda müzakirə zamanı deyib:

"Mal bizim, qaydalar bizim. Biz özümüzün yaratmadığı qaydalarla oynamırıq”.

Bundan bir gün əvvəl Gazprom Almaniyaya verilən qazın həcmini yarıbayarı azaldıb.

Gazprom bildirir ki, buna səbəb Almaniyanın Siemens şirkətinin Şimal Axını 1 boru kəmərindəki kompressorun təmirini yubatmasıdır.

Berlin bu hərəkətin siyasi olduğunu deyib və bildirib ki, Moskvanın məqsədi qeyri-müəyyənlik yaradaraq qiymətləri qaldırmaqdır.

Miller Gazprom-un Avropaya qazın nəqlini azaltdığını təsdiqləyib.

Rusiyadan Almaniyaya Şimal Axını 1 boru kəməri ilə verilən qazın həcmi iyunun 16-da daha da azaldlıb.

Beləliklə verilən qazın həcmi 40 faizə düşüb.

Moskvanın qisası?

İtaliyanın enerji nəhəngi Eni də bildirib ki, Gazprom ona sifariş edilən qazın yalnız 65 faizini verəcək.

İtaliyanın ekoloji keçid naziri Roberto Sinqolani deyib ki, Rusiyanın qazın həcmlərini azaltmasının arxasında Moskvanın “siyasi təzyiq və ya qisas motivləri” ola bilər.

Şərhçilər diqqəti belə bir məqama çəkirlıər ki, Gazpromun qazın həcmlərini azaltması Fransa, Almaniya, İtaliya və Rumıniya liderlərinin iyunun 16-da Kiyevə səfəri ilə eyni vaxta təsadüf edib.

Liderlər prezident Volodimir Zelenski ilə görüşdən sonra deyiblər ki, Ukraynaya Avropa İttifaqı üzvlüyünə namizədliyin “dərhal” verilməsini istəyirlər.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, qaz həcmlərinin azaldılması cari təmir işləri ilə bağlıdır.

Rusiya Ukraynaya hücum edəndən sonra Polşa, Bolqarıstan, Danimarka və Niderlanda qazın nəqlini dayandırıb.

Moskva nəql etdiyi qaz üçün ödənişləri rublla tələb edəndən sonra Avropada bir neçə müştərilərini itirib.

Avropa İttifaqı ölkələri Rusiyadan qaz alışını azaldıb, lakin bir neçə Aİ ölkəsinin Rusiya qazından son dərəcə asılılığına görə ondan tam imtina edə bilmir.

XS
SM
MD
LG