Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:42

'Gilan' dörd daşınmaz əmlak şirkəti qurub


 Kəmaləddin Heydərov, 25 oktyabr 2013
Kəmaləddin Heydərov, 25 oktyabr 2013

Bu şirkətlər holdinqin tamamladığı tikinti layihələrini idarə edəcək

Azərbaycanın ən iri inşaat şirkətlərindən olan «Gilan» maliyyə-sənaye holdinqi 4 yeni şirkət qurub. Bu şirkətlər holdinqin tamamladığı tikinti layihələrini idarə edəcək.

Kommersiya hüquqi şəxslərin dövlət reyestrinin məlumatlarına görə, daşınmaz əmlak idarəçiliyi ilə məşğul olan yeni şirkətlər «Babək Residence», «Capital Towers Residence», «Residence Capital» və «Mirvari Park Residence» MMC-lərdir. Onların eyni hüquqi ünvanları var: «Gilan Holding» şirkətlər qrupunun baş ofisi – Bakı, N.Nərimanov prospekti, ev 206).

Buna da bax: Azərbaycanın da investisiya fondu olacaq - 'Gilan Holdinq'lə bağlı

Məlumat «Vergilər» qəzetinin özəl buraxılışında açıqlanıb.

«Mirvari Park» yaşayış kompleksi

Holdinq məlumat verir ki, «Mirvari Park» yaşayış kompleksi Bakıda 23 mərtəbəli beş binadan ibarətdir. Kompleksin ümumi sahəsi 148 min 772 kvadratmetrdir. Burada 75 min 38 kvadratmetr yaşayış sahəsi təklif olunur və 3 və 4 otaqlı 436 delüks mənzil satılır.

«Capital Towers» yaşayış kompleksi

«Capital Towers» yaşayış kompleksində isə 18 mərtəbəli üç bina var. Onun ümumi sahəsi 49 min 378 kvadratmetr, lüks yaşayış sahəsi 23 min 366 kvadratmetrdir.

Holdinq digər iki daşınmaz əmlak layihəsi barədə məlumat vermir.

«Qoşa Park» da var

Qrupun daşınmaz əmlak idarəçiliyi ilə ölkə daxilində və onun hüdudlarındfan kənarda bir neçə şirkət məşğul olur. Onlardan biri «Qaya Real Estate» şirkətidir. Şirkət bildirir ki, «Mirvari Park» və «Capital Towers» layihələrindən başqa mərtəbələrinin sayı 17-28 arasında dəyişən beşbloklu «Qoşa Park» yaşayış kompleksini də idarə edir. Bakıdakı bu kompleksdə 307 delüks mənzil satılır.

Ad gizlicə dəyişdirilib?

«Gilan»ın developer (ingiliscə «development» sözündən götürülüb və «təkmilləşdirmə, daşınmaz əmlakın inkişaf etdirib genişləndirmək» anlamında işlənir – red.) şirkətlərindən biri də «Azvaluation Services» MMC-dirBu şirkət (VÖEN 1402608191) 2016-cı ildə iki dəfə adını dəyişib. 2013-cüq ilin sentyabrında «UEİ Claim and Valuation» adı ilə qurulan şirkət ötən il «Gilan Real Estate Valuation Services» MMC-yə çevrlib. İlin sonlarına yaxın müəmmalı şəkildə yeni adı daşımağa başlayıb. Qanunvericiliyə görə, kommersiya hüquqi şəxslərin reyestr məlumatlarında (ad, təşkilati-hüquqi forma, kapitalın azaldılması) mühüm dəyişiklik edilərsə, bu haqda müvafiq mətbu orqanda («Vergilər» qəzetində) bildiriş dərc olunmalıdır. AzadlıqRadiosu «Gilan»ınhər iki halda bu tələbə əməl etmədiyini müəyyənləşdirib.

XS
SM
MD
LG