Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:38

Gulnara Karimovanın həbsxanaya aparıldığı bildirilir


Gulnara Karimova
Gulnara Karimova

Özbəkistanın Baş Prokurorluğu bildirir ki, mərhum prezident Islam Karimovun qızı Gulnara Karimova ev dustaqlığının şərtlərini pozduğu üçün həbsxanaya qaytarılıb.

Bu haqda qərarı Daşkənd məhkəməsi martın 5-də çıxarıb.

Baş Prokurorluğun məlumatına görə, Karimova noyabrın 22-də ev dustaqlığının şərtlərini pozub, 2018-ci ilin iyunundan bəri yaşadığı qızı Iman-ın evini tərk edib. Karimovanın internetdən də istifadə etdiyi iddia olunur.

Karimovanın beş illik ev dustaqlığının qalan hissəsini çəkməsi üçün həbsxanaya göndərildiyi bildirilir.

Bu məlumatı müstəqil təsdiqlətmək mümkün olmayıb. AzadlıqRadiosu martın 5-də axşam son illər Karimovanı müdafiə edən isveçrəli vəkildən açıqlama ala bilməyib.

Keçmiş prezidentin qızı Gulnara ev dustaqlığından həbsxanaya göndərildi
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

***

Qızı Gulnara Karimovanın saxlandığını yazır

Özbəkistanın birinci prezidenti İslam Karimovun qızı Gulnara Karimiovanın Daşkənddə saxlandığı xəbər verilib.

Bu barədə məlumatı martın 5-də onun qızı İman özünün Instagram hesabında yayıb.

"Təxminən saat 19-da Özbəkistan prokurorluğunun əməkdaşları mənim Daşkənddəki mənzilimə soxuldular. 2018-ci ilin iyununda şərti azadlığa buraxıldıqdan sonra anam burada mənimlə yaşayırdı. Gələnlərdən biri əvvəlcə “rəhbərliyin” adından anamı hədələdi. Bir neçə dəqiqədən sonra isə prokurorluğun əməkdaşları anamı qeyri-müəyyən istiqamətdə apardılar”.

AzadlıqRadiosu bildirir ki, bu informasiya başqa mənbələrdən təsdiq olunmayıb.

2015-ci ildə İsveçrə, İsveç və ABŞ-da Gulnara Karimovaya qarşı cinayət işləri qaldırılıb.

Onu milyard dollaradək pulun mənimsənməsində ittiham edirlər. İttihamnamələrdə söhbət ilk növbədə Karimovanın 6 telekommunikasiya şirkətindən aldığı rüşvətlərdən gedir.

Karimova Özbəkistanda da 53 milyon dolları mənimsəməkdə ittiham olunurdu.

Daşkənd məhkəməsi onun azadlığının 5 il müddətinə məhdudlaşdırılması barədə hökm çıxarmışdı.

O vergidən yayınmada, oğurluqda, pul qoparmaqda və ofşor şirkətlərə aid sənədləri məhv etməkdə təqsirli bilinmişdi.

Sözü gedən pulların böyük qismı, təxminən 800 milyon dollar İsveçrə banklarında aşkar olunub və bu hesablara həbs qoyulub.

Ötən il iyulun 31-də İsveçrənin cinayət işləri üzrə federal məhkəməsi Karimovanın hesablarına həbs qoyulmasına qarşı verilmiş apellyasiya şikayətini rədd edib.

Bu isə o deməkdir ki, pullar tez bir zamanda Özbəkistan dövlətinə qaytarıla bilər.

XS
SM
MD
LG