Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:29

'Gürcüstan mafiya dövlətinə çevrilib...' [video]


Əfqan Muxtarlı yeni ittihamlar qarşısında
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

Əfqan Muxtarlı yeni ittihamlar qarşısında [A-Live]

Bakıda hüquqşünas Ələsgər Məmmədli deyir ki, jurnalistin bu formada ölkəyə gətirilərək həbs olunması tamamilə qanunsuzdur. Üstəlik, bu hala görə yalnız Azərbaycan hakimiyyəti yox, həm də Gürcüstan hakimiyyəti məsuliyyət daşıyır.

Gürcüstanın baş nazirinin müavini Aleksandre Cejclava deyib ki, Əfqan Muxtarının jurnalist olması barədə məlumatlar hələ araşdırılmalıdır. Üstəlik Gürcüstana qanunsuz keçib, “AzadlıqRadiosu” əməkdaşı üçün cangüdən kimi çalışıb. Baş nazirin müavini deyib ki, hökumətin ünvanına səsləndirilən bütün ittihamlar araşdırılacaq və bir neçə günə durumla bağlı məlumat veriləcək.

Xanımı Leyla Mustafayeva deyib ki, 43 yaşlı Əfqan Muxtarlı jurnalist fəaliyyətinə 19 il əvvəl başlayıb.

Buna da bax:​ Gürcüstan Ombudsmanı Ə.Muxtarlı ilə bağlı bəyanat verdi

Leyla Mustafayeva. 31may2017
Leyla Mustafayeva. 31may2017

Əfqan Muxtarlı “Yeni Müsavat”, “Demokratiya” qəzetlərində çalışıb. Onun imzası olan yazılar “Meydan TV”, “İWPR”ın səhifəsində çıxır. O, bir sıra jurnalist araşdırmalarının müəllifidir.

Əfqan Muxtarlının həmmüəlliflik etdiyi sonuncu araşdırmalarından biri “Əliyevlərin Gürcüstandakı biznesi” adlanır.

Jurnalistləri Beynəlxalq Müdafiə Təşkilatı onun həbsini pisləyib, dərhal azadlığa buraxılmasını istəyib.

Gürcüstan Parlamentinin böyük müxalifət partiyalarından olan Milli Hərəkat Partiyasından olan deputat Salome Samadashvili AzadlıqRadiosu-na müsahibəsində deyir:

Buna da bax: 'Elə Elmarın qatillərini də maşına basıb gətirərdilər'

Salome Samadashvili
Salome Samadashvili

“Bu hadisə ilə Gürcüstanın demokratiya baxımından daha yaxşı olması barədə mif dağıldı. Belə çıxır ki, azadlıqların məhdudlaşdırılması barədə ümumi rəy var. Biz Gürcüstanın ən böyük müxalifət partiyası olaraq, Gürcüstan hökuməti və beynəlxalq ictimaiyyət qarşısında bildirmək istəyirik ki, biz həddindən artıq yüksək səslə danışacağıq. Anlayırıq ki, jurnalist artıq oğurlanıb və ediləcək bir şey yoxdur, amma Gürcüstanda bununla bağlı geniş kampaniya başlayıb və jurnalistlər baş verənlərdən olduqca narahatdırlar”.

Samadashvili deyir ki, mayın 31-də, Parlamentdəki müzakirədə onun partiyası məsələni qaldırıb və jurnalistin küçədən oğurlanmasına münasibət bildirməsini istəyib.

Buna da bax: Əfqan Muxtarlı məhkəməyə gətirildi [yenilənir]

Deputatın sözlərinə görə, hakim partiyanın deputatları baş verənlərə biganə yanaşdılar:

"Hakim partiyanın deputatları bizim sorğumuzu məsuliyyətsiz adlandırdılar. Deputatların ümumi rəyi bundan ibarət oldu ki, onlar Gürcüstan hökumətinin sözlərinə inanırlar. Biz Gürcüstan hökumətinin tutduğu işinə görə utanırıq.

Təəssüf ki, bu ona görə baş verir ki, bizim hökumətimiz milyarder İvanişvili tərəfindən idarə olunur. Gürcüstan mafia dövlətinə çevrilib. İndi ölkəni idarə edənlər milyarderlərdir.

Bu günlər bütün qərarlar qanun və hüquq çərçivəsində yox, cənab İvanişvilini şəxsi maraqları çərçivəsində verilir".

Beynəlxalq insan haqları təşkilatları olayla bağlı münasibət bildiriblər. Human Rights Watch bəyanatında deyib ki, Gürcüstan hakimiyyəti məsələni təcili araşdırmalı, Azərbaycan tərəfi isə jurnalisti dərhal azad etməli və ona qarşı bütün ittihamları aradan qaldırmalıdır. Təşkilat bildirir ki, Əfqan Muxtarlıya həbsxanada işgəncə verilə bilər.

Buna da bax:​ ‘Azərbaycan sərhəddinə yaxınlaşanda hansısa generala zəng etdilər...’

Əfqan Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi.

O, son müsahibələrinin birində Gürcüstanın artıq azərbaycanlı fəallar üçün təhlükəsiz yer olmadığını bildirmişdi.

Ə.Muxtarlını mayın 29-da sonuncu dəfə görmüş, bir gün sonra bu işlə bağlı dindirilmiş digər fəal Daşqın Ağalarlı isə Gürcüstanın DFWatch.net saytına deyib ki, onlar daim izləndiklərini hiss ediblər.

Əfqan Muxtarlı 3 ay müddətinə həbs olundu
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

Hələlik ittihamlara Bakıdan hər hansı siyasi reaksiya səslənməyib. Azərbaycan prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə deyib ki, Ə.Muxtarlı Azərbaycan sərhədini qanunsuz keçərkən saxlanıb. O saxlanarkən üzərindən küllü miqdarda pul tapılıb. E.Sultanovun həmçinin deməsinə görə, Ə.Muxtarlı saxlanarkən hüquq -mühafizə əməkdaşlarına müqavimət göstərib.

XS
SM
MD
LG