Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:48

Gürcüstan və Moldovada Rusiyanın müdaxiləsinə fərqli dirəniş gözə çarpır


Moldova rəsmiləri Rusiyayönlü qaçaq oliqarx İlon Şorun partıyasını yasaqlayıb.
Moldova rəsmiləri Rusiyayönlü qaçaq oliqarx İlon Şorun partıyasını yasaqlayıb.

Seçki sonucları Moldova və Gürcüstanda hökumət və vətəndaş cəmiyyətlərinin taleyüklü anlarda Rusiya müdaxiləsinə dirəniş fərqlərini üzə çıxardı. AzadlıqRadiosunun əməkdaşı Endi Heyl (Andy Heil) buna diqqət çəkib.

Moldovada prezident seçkiləri və Aİ-yə üzvlüklə bağlı referendum, Gürcüstanda isə parlament seçkiləri iki keçmiş sovet respublikasının geosiyasi yönümünü köklü şəkildə dəyişə və ya indiki siyasi kurslarını sərtləşdirə bilər.

Rusiya təsiri erkən mərhələdə dəf edilməlidir

Moldova rəsmiləri bir neçə aydır Rusiyadan gələn təhdidlərlə bağlı xəbərdarlıq edib. Bura dezinformasiya və antiAİ düşərgəsi üçün ölkəyə rahatca çatdırılan qanunsuz ödənişləri aid etmək olar.

Gürcüstan baş naziri İrakli Kobaxidze də ötən həftə təkidlə söyləyib ki, Rusiyanın ölkələrində heç bir təsir gücü yoxdur. Antirusiya ovqatlı seçicilərin gözündə açıqca Rusiyayönlü görünmək istəməyən hakim partiya ictimaiyyəti "savaş", ya da "barış" arasında seçim etməyə səsləyib. Nəticədə Rusiya müdaxiləsi haqqında xəbərdarlıqlar olsa da, Gürcüstan Moskvanın iqtisadi rıçaqları, eləcə də Rusiyayönlü rəy öndərləri və medianın səfərbərliyi ilə üz-üzə qaldı.

Qərb, yoxsa Rusiya: Gürcüstanda əslində nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:07:52 0:00

Düzlük və şəffaflıq önəmlidir

Moldova hakimiyyəti seçki saxtakarlığına yol verməmək üçün hücuma keçdi: cəmiyyət institutları gücləndirildi, mümkün zorakı iğtişaşların qanunsuz qaynaqları qapadıldı. "Bütün bunlara qarşı olduqca yaxşı qorunublar", - Atlantik Şurasının Avrasiya Mərkəzinin eksperti Şelbi Maqidin (Shelby Magid) sözləridir.

"Gürcü arzusu" isə saxtalaşdırıla biləcək seçki sonuclarıyla bağlı ittihamlardan rahatsız olmayıb. Əvəzində ölkənin vətəndaş cəmiyyəti prosedurların uzunmüddətli izlənməsi, beynəlxalq əməkdaşlıq, pozuntulara aid qaynar xəttin fəaliyyəti baxımından seçkilərə əvvəlkindən daha yaxşı hazırlaşıb.

Oliqarxlarla bacarmaq qabiliyyəti

Moldova rəsmiləri iki il boyunca Rusiyayönlü qaçaq oliqarx İlon Şorun partıyasını yasaqlayıb. Onun Aİ ilə bütünləşmək yolunda əks-fəaliyyəti barədə ictimaiyyəti də xəbərdar edib.

Gürcüstandakı oliqarx isə sərvətini Rusiyada qazanan milyarder – "Gürcü arzusu"nun qurucusu Bidzina İvanişvili idi. "Özünəvurğun və antidemokratik düşüncə tərzinə sahib İvanişvili Rusiya üçün daha münasibdir", - bunu deyən Maqid "hərdən onların məqsədləri üst-üstə düşür, hərdən də yox" sözlərini də əlavə edib.

Qərb, yoxsa Rusiya: Moldovada əslində nə baş verdi?
Gözlə

No media source currently available

0:00 0:09:58 0:00

Diasporların töhfəsi

Aİ-yə üzvlük məsələsindəki referendumda cüzi fərq, eləcə də Qərb və Şərq arasındakı seçimdə Moldova diaspor nümayəndələrinin səsləri çox önəmlidir. Rəsmilər Qərbdəki vətəndaşlarını səfərbər etmək üçün mədəni-maarif tədbirləri keçirib, seçki məntəqələrinin sayını artırıb, sosial şəbəkələrdən geniş yararlanıblar.

Gürcüstan rəsmiləri isə Qərbdə sayı heç də az olmayan vətəndaşlarının səslərini qazanmağa canfəşanlıq göstərməyib (orada səslərin cəmi 15 faizini toplayıb). Di gəl, parçalanmış saysız-hesabsız müxalif qüvvələri olan ölkədə diaspor amili hər hansı tutarlı sonuca gətirməyib.

XS
SM
MD
LG