Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 01:26

Gürcüstanda iqtidar və müxalifət seçki sazişi imzaladı


Tbilisidə 21 iyun 2019-cu il mitinqi
Tbilisidə 21 iyun 2019-cu il mitinqi

Gürcüstanda hakim və müxalif partiyaların liderləri seçki islahatlarının keçirilməsinə dair razılaşma əldə ediblər.

Bundan əvvəl bu məsələ ilə bağlı xarici vasitəçilərin dəstəyi ilə danışıqlar keçirilir, arabir isə zorakılıqla yatırılan etiraz aksiyaları baş verirdi.

ABŞ-ın Tbilisidəki səfirliyi bildirib ki, 8 mart sazişi “bu il keçiriləcək parlament seçkilərindən əvvəl Gürcüstanda siyasi mühitin qütbsüzləşdirilməsi və normallaşdırılması yolunda həlledici addımdır”.

Bundan əvvəl müxalifət partiyaları mövcud seçki sisteminin hakim Gürcü Arzusu partiyası üçün daha sərfəli olduğunu bildirirdilər.

2020-ci il seçkisinin proporsional əsasla keçirilməsi müxalifətin 2019-cu ilin iyulunda paytaxt Tbilisidə keçirdiyi izdihamlı mitinqin əsas tələbi idi.

Martın 8-də imzalanmış anlaşma memorandumunda deyilir ki, iki tərəf parlamentin 120 deputatının proporsional sistemlə, 30 deputatın isə majoritar sistemlə seçilməsi barədə razılığa gəlib.

Seçkinin majoritar sistemlə keçirildiyi dairələrdə səslərin 50 faizindən çoxunu qazanan namizəd və ya partiya mandatı əldə etmiş olacaq.

Bu da qeyd olunur ki, proporsional seçkidə keçərlik limiti 1 faiz olaraq müəyyən ediləcək.

Bu isə o deməkdir ki, ölkə boyunca səslərin qırx faizindən azını yığmış heç bir partiya parlamentdə çoxluğa malik olmayacaq.

Hazırkı seçki sisteminə görə parlamentin 150 mandatından 73-ü rayon dairələrində ən çox səs toplamış namizədlərə verilirdi.

Qalan mandatlar isə ölkə miqyasında qalib partiyanın mandat sayına proporsional paylanırdı.

Bu isə əsası milyarder Bidzina Ivanishvili tərəfindən qoyulmuş Gürcü Arzusu partiyasının ümumi seçici səsinin yarısından azını toplmasına baxmayaraq mandatların 76 faizini əldə etməsi ilə nəticələnib.

Birləşmiş Ştatlar və Avropa İttifaqı Gürcüstan hökumətini, siyasi partiyaları və cəmiyyəti “sakit və qarşılıqlı hörmətli dialoqa” çağırıb.

Xarici siyasət eksperti və McCain İnstitutunun keçmiş icraçı direktoru Kurt Volker Twitter-də yazıb ki, “indi başlıca məsələ 2020-ci il seçkisinin ən azad və ən ədalətli seçki olması üçün razılaşmanın tətbiq olunmasıdır”.

XS
SM
MD
LG