Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:39

Məhkəmə: «Mənə zorla vəhhabi namazı qıldırmaq istəyirdi»


Arxiv fotosu
Arxiv fotosu

-

«Çayniki götürüb yatdığı yerdə qaynar suyu üstünə tökdüm».

Bunu Qobustan Qapalı Həbsxanasında məhkum yoldaşını öldürməyə cəhdə görə mühakiməsi başa çatan Ramiz İmaniyev deyib. Aprelin 21-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 17 illik həbsə məhkum edib.

512-Cİ KAMERA

Əvvəlcə hadisələrin vaqe olduğu 512-ci kameranın məhkumları haqqında arayış.

Daha öncə 15 illik həbs cəzasını çəkməkdə olan Ramiz İmaniyev daxili rejimi pozmaqda təqsirli bilindiyindən qapalı həbsxanaya köçürülüb.

*AzadlıqRadiosu Youtube Kanalına abunə olun - ölkədə baş verənlərdən xəbəriniz olsun

İstintaq orqanının zərərçəkmiş kimi tanıdığı və eyni kamerada saxlanan Ağasadıq Əliyevsə «Eurovision 2012» mahnı yarışması ərəfəsində prezidentə sui-qəsd hazırlanmasına, qanunsuz silah saxlamağa, ziyarətgahları partlatmaq planları quran dini qruplaşma tərkibində fəaliyyətə və MTN polkovnikinin qətlinə görə ömürlük həbsə məhkum olunubmuş.

«ONU DİNLƏYƏN OLMAYIB»

İttihama görə, Ağasadıq Əliyev kamerada yatarkən Ramiz İmaniyev onun üstünə qaynar su tökərək yandırıb. O, məhkəmə ifadəsində hərəkətini belə izah edib:

Zaqatalada dindarların saqqalı zorla qırxılır...

Həmçinin bax - AzadlıqRadiosu Youtube Kanalından izləyin

Zaqatalada dindarların saqqalı zorla qırxılır...

«Ağasadıq vəhhabidir, məni də məcbur edirdi ki, onun yolu ilə gedim. Gecə-gündüz məni narahat edirdi, dini söhbətlərinə qulaq asmağımı tələb edirdi. Mənə zorla vəhhabi namazı qıldırmaq istəyirdi. Dəfələrlə həbsxana rəhbərliyinə, nəzarətçilərə şikayət etmişdim. Həbsxana rəhbərliyindən xahiş etmişdim ki, bizi eyni kamerada saxlamasınlar. Əvvəl kameramı dəyişdilər, sonradan nə fikirləşdilərsə, məni təzədən onunla eyni kameraya saldılar. Bu adam bütün əsəblərimi pozmuşdu».

Hələ hökmdən əvvəl prokuror Eldar İsmayılov Ramiz İmaniyevə 18 illik həbs cəzası istəmişdi. Təqsirləndirilən şəxsin vəkili isə bu cəzanın ağır olduğunu bildirmişdi. O, cəzaya etirazını belə əsaslandırmışdı ki, Ramiz İmaniyev baş verəcək olayın qarşısının alınmasından ötrü dəfələrlə cəhdlər göstərib, həbsxana rəhbərliyindən kamerasının dəyişdirilməsini istəyib. Ancaq onu dinləyən olmayıb.

«İNDİ HƏYATDA DEYİLDİM»

Ağasadıq Əliyev isə zərərçəkmiş kimi dindirilərkən Ramiz İmaniyevin dediklərini inkar edib. O, Ramiz İmaniyevin niyə yatdığı yerdə üstünə qaynar su tökməsini anlaya bilmədiyini deyib: «Vaxtında kömək etməsəydilər, tibbi yardım göstərməsəydilər, indi həyatda deyildim».

Ramiz İmaniyev ona əvvəllər təyin olunmuş 15 illik həbs cəzasının 3 il 6 ay 27 gününü çəkib. Hazırkı ittihamla isə məhkəmə ona 17 il həbs cəzası verib. Aprelin 21-də hakimin elan etdiyi hökmə görə, Ramiz İmaniyev əvvəllər ona təyin edilmiş cəzanın 7 ilini həbsxana rejimində, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Ramiz İmaniyevin vəkili hökmdən apellyasiya şikayəti veriləcəyini bildirib.

Bu, dindir, ya mövhumat? (Viktorina)

Bu, dindir, ya mövhumat? (Viktorina)

Start the Quiz to find out

XS
SM
MD
LG