Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:39

Həcc ziyarəti bu il də bahalaşıb


Məkkə
Məkkə

Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün bu ilə aid qiymətlər təyin edilib. Açıqlanan rəqəmlərdən bu ziyarətin bu il də bahalaşdığı bəlli olur.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) "Turan"a verilən məlumata görə, bir nəfərlik ziyarət paketinin qiyməti 5 min 750 ABŞ dolları təşkil edir: "Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsi ilə həyata keçiriləcək".

Sənədlərin qəbuluna martın 17-də başlanmalıdır.

Son 3 ildə 1000 dollardan çox…

Ötən il Həcc ziyarətinin qiyməti 5 min 350 ABŞ dolları olmuşdu.

Koronavirus pandemiyası səbəbindən 2020-2021-ci illərdə Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb. QMİ-dən verilən məlumata görə, 2020-ci il üçün Həcc ziyarəti kvotası 1 min 500 nəfər müəyyən edilmişdi. Ziyarətin qiymətinin isə həmin il 4 min 490 ABŞ dolları olacağı açıqlanmışdı.

Azərbaycanda Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son illər Azərbaycanda zəvvarların sayında azalma, qiymətdə bahalaşma var.

İslamda Həcc ziyarəti vacib şərtlərdən sayılır. Söhbət Səudiyyə Ərəbistanının Məkkə şəhərində Kəbənin ziyarətindən gedir.

XS
SM
MD
LG