Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 01:43

Əfqanıstan: Herat ətrafında ağır döyüşlər, BMT şəhərciyi atəşə tutulub


Əfqanıstan təhlükəsizlik qüvvələri iyulun 30-da Güzara rayonunda
Əfqanıstan təhlükəsizlik qüvvələri iyulun 30-da Güzara rayonunda

İyulun 30-da verilən xəbərlərə görə Herat şəhərinin ətraflarında Taliban və Əfqanıstan təhlükəsizlik qüvvələri arasında döyüşlər gedir

İyulun 30-da verilən xəbərlərə görə Herat şəhərinin ətraflarında Taliban və Əfqanıstan təhlükəsizlik qüvvələri arasında döyüşlər gedir.

Taliban döyüşçüləri şəhərin müəyyən hissələrini ələ keçirə bildiklərini deyirlər. Lakin paytaxt Kabuldakı rəsmilər bu xəbərləri təkzib ediblər və bildiriblər ki, Taliban qüvvələri geri oturdulub.

Hazırda Əfqanıstandakı ABŞ qüvvələrinin bu ölkəni tərk etdiyi bir vaxtda Taliban yeni əraziləri ələ keçirir.

Əfqanıstanın daxili işlər naziri Mirveys Stanekzay iyulun 30-da deyib ki, Herata bitişik Enjel və Güzara Qozara rayonları geri alınıb və Taliban qüvvələrindən təmzilənib.

Stanekzay AzadlıqRadiosuna deyib ki, onlarca kənd Taliban döyüşçülərindən təmizlənib:

“Onlar çox böyük itki veriblər. Hazırda Enjel və Güzara bizim nəzarətimizdədir. Bu iki rayon Heratın yaxınlığındadır. Əslində şəhərin girəcəyində yerləşir”.

Əfqanıstan Müdafiə Nazirlyinin sözçüsü Fəvad Aman AzadlıqRadiosuna bildirib ki, Taliban qüvvələri Herat, Qəndəhar, Helmand və Taxar vilayətlərində məğlub edilib.

Reuters agentliyi də höklumət mənbələrinə istinadən iyulun 30-da bildirib ki, hökumət qüvvələri Talibanın hücumlarını dəf edə biliblər.

Həmin mənbə deyib ki, əməliyyatlara bu bölgədə dinc əhalinin olması mane olur.

BMT şəhərciyi atəşə tutulub

Bu arada BMT-nin Əfqanıstandakı Yardım Missiyasinın (UNAMA) Heratdakı şəhərciyi hücuma məruz qalıb və bir təhlükəsizlik əməkdaşı öldürülüb.

Xəbər verilir ki, BMT şəhərciyinin qapıları müxtəlif silahlardan, o cümlədən raketli əl qumbaraatanlarından atəşə tutulub.

BMT-nin Əfqanıstandakı nümayəndəsi Debora Lyons bu hücumu qətiyyətlə pisləyib, cavabdehlərin məsuliyyətə cəlb olunmasını tələb edib.

BMT şəhərciyinə hücumu ABŞ Dövlət Departamentini də pisləyib.

Əfqanıstan Müstəqil İnsan Haqları Komissiyasının sədri Şəhərzad Əkbər deyib ki, BMT şəhərciyinə hücum müharibə cinayəti hesab olunmalıdır.

Talibanın sözçüsü Zəbihullah Mücahid deyib ki, BMT-nin təhlükəsizlik əməkdaşları təsadüfən xəsarət ala bilərdilər, çünki şəhərcik döyüş xəttinin yaxınlığındadır.

Mücahid iyulun 30-da Twitter-də yazıb ki, Taliban döyüşçüləri hadisə yerinə gəliblər və BMT şəhərciyi üçün hazırda heç bir təhlükə yoxdur.

“Qisas edamları”

Taliban İranla həmsərhəd olan Herat vilayətinin bir çox bölgələrini ələ keçirib.

Əgər bu xəbərlər doğrularsa, Taliban son 24 saat ərzində ikinci vilayət mərkəzinə nəzarəti ələ alıb.

Taliban iyulun 29-da Helmand vilayətinin mərkəzi şəhəri Ləşkərgahı ələ keçirib.

İyulun 30-da adının çəkilməsini istəməyən hökumət nümayəndəsi Reuters agentliyinə deyib ki, Taliban və Əfqanıstan nizami ordusu arasında döyüşlər Qəndəhar şəhərinin mərkəzində gedir.

Human Rights Watch iyulun 30-da bəyan edib ki, Taliban döyüşçüləri ələ keçirdikləri ərazilərdə təşkilatın tənqidçilərindən qisas alırlar.

Təşkilat bildirir ki, Taliban Qəndəhar şəhərində yerli hökumətin nümayəndələrini saxlayır və edam edir.

XS
SM
MD
LG