Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:54

Banklar niyə dollar almağa manat tapmır?


Manat
Manat

Bu gün – martın 7-də Azərbaycan Mərkəzi Bankında (AMB-də) keçirilən valyuta hərracına çıxarılan 35 milyon dolların hamısı satılmayıb. Banklar cəmi 31 milyon dollar alıb.

Hərracda ABŞ dollarının məzənnəsi qalxsa da, banklarda əks proses baş verib. Ekspertlərin fikrincə, bunun əsas səbəblərindən biri dövriyyədə olan manatın azaldılmasıdır. Başqa sözlə, banklar dollar almağa manat tapmır.

Buna da bax:​ Dollar hərracda cüzi bahalaşıb

Pul bazası daralıb

Statistika da ölkədə pul bazasının azala-azala getdiyini göstərir. Martın 1-nə pul bazası 6 milyard 987 milyon manat olub. Bu, bir ay öncəylə müqayisədə 344,7 milyon manat, ilin əvvəlinə nisbətənsə 873,5 milyon manat az deməkdir.

AMB sərt pul siyasəti aparacağını açıqlamışdı. Qurum bu yolla inflyasiyanın önünü kəsmək istədiyini bildirmişdi. Ancaq görünən odur ki, baş bank həmin yolla həm də süni şəkildə dollara tələbatı azaltmaq istəyir. Obyektiv sual doğur: AMB, beləcə, manatın məzənnəsini qoruya biləcəkmi?

Buna da bax: Manata bir təzyiq də FED-dən gələcək

“AMB uzun müddət sıxlaşdırma siyasətini yürüdə bilməyəcək”

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, AMB manat kütləsini sıxıb, dövriyyəsini azaltmaqla məzənnəni müvəqqəti də olsa, kəskin ucuzlaşmaqdan qoruyur: “Amma bu, iqtisadi fəallığı çökdürməyin hesabına başa gəlir. Orta və uzun vədədə AMB-nin bu addımı iqtisadiyyatı daha da zəiflədəcək, iş yerlərini və vətəndaşların gəlirlərini azaldacaq və... AMB sıxlaşdırma siyasətini uzun müddət yürüdə bilməyəcək”.

Ekspertin fikrincə, iqtisadi göstəricilər manatın xeyrinə dəyişməsə, ABŞ Mərkəzi Bankı - FED faiz artımı qərarı versə, orta və uzun müddətə bu siyasət effekt verə bilməz: “Verməyəcək də. Martda FED faiz artırsa, bunun mütləq manata təsiri olacaq”.

Buna da bax:​ Faiz dərəcələri artırılacaq

“Mərkəzi Bankın siyasəti iqtisadiyyatı daha da çökdürəcək”

İqtisadçı ekspert Ülvi Əmrahsoya görə, AMB bu yolla manatın ucuzlaşma sürətini azalda bilər. O da AMB-nin sərt pul-kredit siyasətinin iqtisadiyyatı daha da çökdürəcəyini düşünür: “Bu, artıq gözəçarpan dərəcədə hiss edilir. Manat qıtlığı yarandığından, banklar kredit verə bilmir. İqtisadiyyat pulsuz qalıb”.

“Sərt pul-kredit siyasətinin ciddi bir önəmi qalmayacaq”

Buna da bax:​ Bankların manatla kredit verməməsinin əsas bir səbəbi var...

Ülvi Əmrahsoyun fikrincə, FED faiz artımına getsə, manata ciddi psixoloji təsir göstərəcək və Azərbaycan milli valyutasının ucuzlaşma tempi daha da sürətlənəcək: “AMB-nin bu siyasəti qısa müddətdə keçərli ola bilər, amma orta və uzun müddətdə sərt-pul kredit siyasətinin ciddi bir önəmi qalmayacaq”.

XS
SM
MD
LG