Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:55

Heydərovlarla bağlı holdinq şişir


gilanholding.com
gilanholding.com

-

Ölkənin ən iri holdinqlərindən biri şişməkdə davam edir

Dekabrın 4-də “Gilan Development” MMC dövlət qeydiyyatına alınıb. Ofis məkanı olaraq Bakıdakı Capital Towers seçilib.

Yeni şirkətə Cəmil Muradov direktor təyin olunub. Şirkətin holdinqin çoxsaylı daşınmaz əmlaklarını idarə edəcəyi, yeni investisiya layihələri üzərində ixtisaslaşacağı güman edilir. Hələlik onun baza kapitalına 100 manat quyulub.

Kommersiya hüquqi şəxsləri dövlət reyestri məlumatlarının təhlili göstərir ki, bu il holdinq təkcə özünün “Gilan” ticarət nişanından istifadə etməklə 20 yeni şirkət təsis edib.

Qeyri rəsmi məlumatlara görə, bu holdinq 200-dən çox şirkət və müəssisənin sahibi və idarəedicisidir.

Buna da bax: Leyla Yunusun ilk videogörüntüləri (2-ci video)

Azərbaycanda maliyyə-sənaye qrupları və holdinqlər qanunvericiliyin tələbinə zidd olaraq illik maliyyə hesabatlarını açıqlamır. “Gilan Holding” də bu sıradadır. Lakin bəzi müstəqil dəyərləndirmələrə əsasən, bu holdinq investisiya portfelinə və aktivlərinin həcminə görə ölkədəki özəl şirkətlər arasında “Paşa Holding”dən sonra ikinci yerdə qərarlaşıb.

Holdinqin üzvü olan “AFB Bank” ASC-nin hesabatına görə, bankın səhmlərinin 99 faizindən çoxu “Gilan” MMC-yə məxsusdur. Bu şirkət BƏƏ-nin Cebel Ali Azad Zonasında yaradılmış “Sahra FZCO” və “Shams al Sahra FZCO” şirkətləri tərəfindən Azərbaycanda təsis olunub. Onların özləri isə Azərbaycanın fövqəladə hallar nazirinin iki oğluna - Taleh və Nicat Heydərovlara 50/50 prinsipi ilə məxsusdur.

XS
SM
MD
LG