Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:45

İcra nümayəndəsi niyə özünü öldürmək istəyib?


İllüstrasiya
İllüstrasiya

O, “bit dərmanı” ​içib

Dekabrın 2-də intihar etmiş icra nümayəndəsi Füzuli Şərifovun vəziyyəti ağır olduğundan Bakıya göndərilib. O, Qubanın Xınalıq inzibati ərazi vahidi üzə icra nümayəndəsidir.

Bu haqda AzadlıqRadiosuna Quba rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Xəstəxanadan deyiblər ki, Şərifov el arasında “bit dərmanı” adlanan niafidol dərmanı içibmiş.

O, Kliniki Tibbi Mərkəzə dekabrın 3-də sanitar helikopterlə həkim toksikoloqun müşayiəti ilə gətirilib. Gələndə çox ağır vəziyyətdə olub.

Buna da bax: Saakashvili vətəndaşlıqdan çıxarıldı

“ÖZÜNƏ QƏSD MƏQSƏDİLƏ ZƏHƏR İÇİB”

Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov AzadlıqRadiosuna deyir ki, Füzuli Şərifov hazırda reanimasiyadadır:

“Vəziyyəti hazırda çox ağır olaraq qalır. Reanimasiya bölməsindədir. Bir neçə gündür krizisdədir. Həkimlər əllərindən gələni edir. Bu gün konsilium olub. Krizisdən bir neçə sutkaya çıxmalıdır”.

Həkim deyir ki, Füzuli Şərifov özünü öldürmək üçün zəhər içib. Bəs niyə icra nümayəndəsi intihara əl atıb? Azər Maqsudov deyir ki, vəziyyəti ağır olduğundan hələ bu mövzuda onunla söhbət edə bilmir. Bunu xəstə özünə gələndən sonra biləcək:

“Dediyinə görə, özünə qəsd məqsədi ilə zəhər içib. Bir neçə qurtum içib. İndi, vəziyyəti kəskin ağırdır deyə, bu mövzuda onunla çox söhbət edə bilmirəm. Ona görə ki, boğazında yanıq var, səsi çox zəif gəlir. Ancaq sonra psixiatrı dəvət edəcəyik, onunla söhbət eləsin və məsələ aydınlaşsın”.

Bu vəziyyətdə olan xəstələri həyata qaytarmaq mümkündürmü? Azər Maqsudov deyir ki, “ilk növbədə, o, krizisdən çıxmalıdır. Ondan sonra vəziyyəti haqqında proqnoz veriləcək”.

Buna da bax: "Qoy köçək, sonra sökün də binanı"- [Fotolar]

İNTİHAR, YOXSA SƏHV?

Yerli media Füzuli Şərifovun borc üstündə intihar etdiyini bildirir. Yaxınları isə onun səhvən dərman içdiyini deyib. Onu tanıyanlar icra nümayəndəsinin aldığı maaşla və həyətyanı təsərrüfatı ilə dolandığını bildirirlər.

Həmkarları da Şərifovun intihar səbəbi barədə məlumatsız olduqlarını söyləyirlər. Bunu AzadlıqRadiosuna Quba rayon İcra Hakimiyyətinin informasiya təminatı şöbəsinin aparıcı məsləhətçisi Qoşqar Həsənov deyir:

“İntihara cəhddir. Bilirik ki, bit dərmanı içib. Səbəbini isə bilmirik. Bu, hələ araşdırılır”.

İcra hakimiyyətinin əməkdaşı Füzuli Şərifovun yaşayışı, psixoloji durumu haqqında məlumatsız oduğunu dedi.

Buna da bax: Qar yağdı, xınalıq yolu bağlandı

Qubaya qar yağdı, Xınalıq yolu bağlandı
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

XS
SM
MD
LG