Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:39

İlham Əliyev: "Strategiyamız elə qurulmalıdır ki, sanki bizdə neft-qaz yoxdur”


İlham Aliyev
İlham Aliyev

"Azərbaycanda maliyyə vəziyyəti sabitdir. Eyni zamanda, büdcə gəlirləri yaxşı səviyyədədir ".

President.az xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev mayın 11-də Fransa Sahibkarlar Təşkilatının - MEDEF-in nümayəndə heyəti ilə görüşdə deyib.

Azərbaycan prezidenti qeyd edib ki, 2017-2018-ci illər qeyri-neft sektorunun çox fəal inkişaf dövrü olacaq:

"Dövlət və özəl sərmayələr artıq planlaşdırılıb. Əlbəttə, infrastruktur layihələri prioritet olacaq. Maraqlı olduğumuz sahələrə xarici sərmayələri gözləyirik. Biz sərmayədarların maraqları ilə ölkəmizin maraqları arasında tarazlığı tapmalıyıq. Bu günə qədər, fikrimcə, biz bu vəzifənin öhdəsindən gəlmişik”.

Ölkə başçısı həmçinin, neftdən sonrakı dövrə qədəm qoyulduğunu vurğulayıb.

“Demək olmaz ki, neft və qaz erası bitib. Sadəcə, biz bu faktoru kənara qoymalıyıq və öz iqtisadi strategiyamızı elə formalaşdırmalıyıq ki, sanki bizdə neft və qaz yoxdur” – deyən prezident Azərbaycanla Fransa arasındakı əlaqələrin yaxınlığından danışıb.

____________________________________________________________

Bunlara da bax:
Tale Bağırzadə ev dustaqlığına buraxılmadı
Gənc fəalların yeri bilinmir

____________________________________________________________

"Peykimizi orbitə çıxarmışıq"

Prezident İlham Əliyev daha sonra 3 il əvvəl“Azərspace-1” peykinin orbitə buraxılmasından danışıb:

“Biz ilk peykimizi orbitə çıxarmışıq. Siz artıq ikinci peyki hazırlayırsınız. Əməkdaşlığımızı, həmçinin kənd təsərrüfatı sektorunda da davam etdirməyəümidlərimiz böyükdür. Artıq bir neçə kiçik layihələr başlayıb. Bunun böyük potensialı var və bu, ixrac imkanlarını genişləndirmək məqsədilə Azərbaycan üçün prioritetlərdən biridir”.

Ölkə başçısı deyib ki, hökumət diqqətini iqtisadi islahatlara, iş yerlərinin artırılmasına yönəldib:

"Gəlirlərimiz 3-4 dəfə azalıb"

“Biz bir çox sosial məsələlərin həllinə nail olduq. Yoxsulluğu 5 faizə qədər azaltdıq. İşsizlik demək olar ki, eyni səviyyədədir və ölkəmizdə münbit sərmayə şəraiti mövcuddur. Son 15 il ərzində Azərbaycana 200 milyard dollardan artıq vəsait sərmayə kimi yatırılıb. Həmin investisiyaların yarısı xarici sərmayələrdir”

Ölkə başçısı qeyd edib ki, neftin qiymətləri ilə bağlı vəziyyət iqtisadiyyata mənfi təsir göstərib:

“Qiymətlərin üç-dörd dəfə aşağı düşdüyü dövrdə gəlirlərimiz də müvafiq olaraq üç-dörd dəfə azalıb. Biz bunu islahatların daha fəal qaydada həyata keçirilməsi ilə əvəzləmək və qeyri-neft sektoruna daha çox diqqət yönəltmək istəyirik. Bu sektor hazırda ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir. Hesab edirəm ki, bu, şaxələndirmənin yaxşı göstəricidir. Lakin biz daha çox çalışmalıyıq”.

Buna da bax:

XS
SM
MD
LG