Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:24

13 ilə 1 milyon iş yeri, 9 aya 226 min?


İlham Əliyevin Nazirlər Kabinetinin toplantısında. 09okt2017
İlham Əliyevin Nazirlər Kabinetinin toplantısında. 09okt2017

“Bu göstəriciləri nəzərdən keçirəndə qeyri-neft sahəsinin inkişafından yox, tənəzzülündən danışmaq yerinə düşür”.

Nemət Əliyev: «İnvestisiya qoyulmursa, kapital yatırımı yoxdursa, o zaman iş yerləri necə açılır?»
Gözlə

No media source currently available

0:00 0:07:44 0:00
Direct-ə keçid


“Ölkədə 226 min iş yeri açılması haqda söylənənlər insanlarda gülüş doğurur”, – iqtisadçı Nemət Əliyev prezident İlham Əliyevin oktyabrın 9-da Nazirlər Kabinetinin ilin 9 ayının yekunlarına həsr olunan toplantısında açılan iş yerləri barədə səsləndirdiyi rəqəmi şərh edərkən belə deyib. Onun qənaətincə, bu rəqəm gerçəkliyi göstərmir, “iş yerləri açılsaydı, bu, insanların həyatında özünü göstərməliydi” – deyərək əlavə edir.

Buna da bax:​ Nemət Əliyev: ‘Ölkədə iqtisadi durum ağırlaşıb’

“iş yerləri açılsaydı, bu, insanların həyatında özünü göstərməliydi”

“İkinci tərəfdən son zamanlar Azərbaycanda sosial və iqtisadi inkişaf sahəsində vəziyyət elə ürəkaçan deyil ki, iş yerlərinin açılmasına həvəs göstərilsin. Azərbaycana investisiya qoyuluşunun dinamikasına, eləcə də yerli müəssisələrin iqtisadiyyata yatırımlarına diqqət yetirilsə, aydın olacaq ki, ölkə iqtisadiyyatına kapital qoyuluşunun həcmi azalıb. İnvestisiya qoyulmursa, kapital yatırımı yoxdursa, o zaman iş yerləri necə açılır, onu kim açır”, – deyə Nemət Əliyev sual edir.

Onun sözlərinə görə, bu gün ölkədə açılan iş yerlərindən yox, bağlanan iş yerlərindən danışmaq daha çox yerinə düşər.

Buna da bax: İqtisadçı: “Monopoliya ləgv edilməli, kadr islahatları aparılmalıdır”

Nemət Əliyev
Nemət Əliyev

“Həyat səviyyəsi 7 faiz pisləşib”

"Qiymətlər 14 faiz yüksəlib, orta əmək haqqı isə vur-tut 7 faiz artıb. Əhalinin həyat səviyyəsində 7 faiz pisləşmə var"..

İqtisadçı son 8-9 ayda həyat səviyyəsinin pisləşdiyini bildirir: “Son 8-9 ayda istehlak mallarının və xidmət sahəsində qiymətlər 14 faiz artıb. İnandırıcı olmasa da, rəsmi məlumatlara görə, orta aylıq əmək haqqının səviyyəsi 7 faiz artıb. Deməli, qiymətlər 14 faiz yüksəlib, orta əmək haqqı isə vur-tut 7 faiz artıb. Əhalinin həyat səviyyəsində 7 faiz pisləşmə var. Bu pisləşməni müəssisə və təşkilatlar da fəaliyyətlərində hiss edir. Pisləşmə olan yerdə iş yerlərinin açılması nə qədər doğrudur? İş yerləri açılsaydı, bu göstəricilər də yaxşılaşmalı idi. Amma biz əksini görürük”.

“Qeyri-neft sahəsinin inkişafından yox, tənəzzülündən danışmaq yerinə düşür”

Buna da bax:​ Prezident: 'Azərbaycanda iqtisadi inkişaf bir çox ölkələrə nümunə ola bilər'

Dövlət başçısı son 9 ayda qeyri-neft sahəsində 2,5 faiz artım qeydə alındığını qeyd edib.

"Kredit qoyuluşları kəskin düşüb. Belə bir halda qeyri-neft sahəsi necə inkişaf edə bilər?"

İqtisadçı Nemət Əliyev bu göstəricini də eyni səbəblərlə şübhə altına alır: “Həmin qeyri-neft sahəsinə yatırım azalıbsa, deməli, inkişaf gedə bilməz. Bu ilin avqust ayının əvvəlinə olan məlumata görə, iyun və iyulda Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda 1,9 milyard manat azalma qeydə alınıb. Altı aylıq dövrdə isə 3,8 milyard manat həcmində azalma baş verib. Kredit qoyuluşları kəskin düşüb, konkret ötən bir ildə kredit qoyuluşları 41 faiz azalıb. Belə bir halda qeyri-neft sahəsi necə inkişaf edə bilər? Yanvar-iyul, yanvar-avqust dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi də azalıb. Əvvəl bu azalma 6 faiz idisə, indi 9 faizdir.

İxrac dövriyyəsində isə 12,5 faiz həcmində, yəni daha sürətli azalma var. Bu fonda Azərbaycanın xarici ticarətdən xalis valyuta qazancında 30 faiz azalma müşahidə olunur. Bu göstəriciləri nəzərdən keçirəndə qeyri-neft sahəsinin inkişafından yox, tənəzzülündən danışmaq yerinə düşür”.

Buna da bax:​ Prezident: “7 ayda valyuta ehtiyatlarımızı 3 milyard 600 milyon dollar artırmışıq”

"İlham Əliyev hökumətin “uzunmüddətli dayanıqlı inkişaf” barədə düşündüyünü də söyləyib".

İqtisadçı Dövlət Statistika Komitəsinin məlumatlarına istinad etməklə ötən ilin 9 ayı ilə müqayisədə bu ilin eyni dövründə sözügedən sahədə geriləmə yaşandığını iddia edir. Buna görə də o, dövlət başçısının dediklərinin gerçəkliklə ziddiyyət təşkil etdiyi qənaətindədir:

"İlham Əliyev hökumətin “uzunmüddətli dayanıqlı inkişaf” barədə düşündüyünü də söyləyib".

Nemət Əliyev deyir ki, prezidentin dedikləri gerçək olsaydı, o zaman uzunmüddətli inkişaf haqda düşünməyə də ehtiyac olmazdı: “Deməli, özləri də fərqindədirlər ki, elə bir şey yoxdur. Hökumət kəskin zəiflədilmiş iqtisadi fəallığı gücləndirmək, xarici və yerli investisiyanın Azərbaycandan qaçaq düşməsinin qarşısını almaq, ixrac dövriyyəsinin kəskin azalmasını önləmək, kredit qoyuluşunun qaydasına düşməsini təmin etmək, batmış bank sektorunu canlandırmaq barədə düşünməlidir”.

Buna da bax:​ Ölkə iqtisadiyyatının gerçək durumu [media icmalı]

Əli Əlirzayev: «Statistikanı təhrif edə bilmərəm»
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00
Direct-ə keçid


YAP-çı iqtisadçı: “Statistikanın verdiyi göstəriciləri təhrif edə bilmərəm”

Yeni Azərbaycan Partiyasının üzvü, keçmiş deputat, iqtisadçı Əli Əlirzayevsə prezidentin dediklərinin həqiqət olduğunu deyir.

Ali Alirzayev
Ali Alirzayev

“Bu statistikadır. Mən statistikanın verdiyi göstəriciləri təhrif edə bilmərəm”, – söyləyən iqtisadçı ölkədə inkişaf getdiyini, qeyri-neft sektorunun da strateji sahə olduğunu bildirir.

Buna da bax:​ Prezident : “İşləmək istəyən özü üçün iş tapar”

“Bu statistikadır. Mən statistikanın verdiyi göstəriciləri təhrif edə bilmərəm”

“Başqa yol yoxdur. İstiqamət buradır. Kənd təsərrüfatıdır, nəqliyyatdır, xidmətdir, otelçilikdir, turizmdir, bu sahələr inkişaf edir. Regionlarda da nə qədər iş yeri açılıb. Sənaye məhəlləsi, aqrar sənaye məhəlləsidir, aqro-sənaye kompleksləri var və hər bir məhəllədə 200 nəfər işləyir. İnsanlar yayda regionlara istirahətə gedir, turizmə ehtiyac artır, nəticədə xidmət sahəsi, otelçilik inkişaf edir. Ola bilsin, bəzi rayonlarda buna imkan var, bəzilərində yox, bunun üçün kapital qoyulmalıdır”, – Əli Əlirzayev qeyd edir.

Onun qənaətincə, indiki halda infrastrukturu, xidmət sahəsini inkişaf etdirmək lazımdır.

«13 ilə 1 milyon iş yeri, 9 aya 226 min?»

İqtisadçı Məhəmməd Talıblı isə son 9 ayda 226 min iş yerinin açılması barədə rəqəmin «mötəbərliyini və dəqiqliyini» bilmək üçün sadəcə bir müqayisəni yetərli sayır.

O xatırladır ki, 2004-2008, 2009-2013 və 2014-2018 illər üzrə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında açılan iş yerlərinin sayı 1 milyon göstərilmişdi. İqtisadçı sual edir ki, 13 ildə 1 milyon iş yeri açıldığı halda, 9 ayda necə 226 min iş yeri açıla bilər?

«Özü də bu o zaman idi ki, onda neft pulları qeyri-neft sektorunu stimullaşdırmaq gücündə idi, investisiyanın ölkəyə axını üçün mühüm infrastruktur imkanları var idi və ən əsası, sahibkarları bazarda ehtiyatla davranmağa məcbur edən devalvasiya kabusu da onların başında dolanmırdı», – deyərək iqtisadçı fikrini izah edir.

M.Talıblı daha sonra sual edir:

«Deməli, həmin proqram çərçivəsində ortalama olaraq ilə təxminən 60-70 min iş yeri düşdüyü halda, necə olur ki, böhran və iqtisadiyyatın cazibədarlığını itirdiyi bir vaxtda 9 aya 226 min yeni iş yeri yaradılır?».

İqtisadçının qənaətincə, cəmiyyəti prezidentin səsləndirdiyi rəqəmlərin həqiqiliyinə inandırmaq çox çətindir.

XS
SM
MD
LG