Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:31
Arif Məmmədov - 2014
Arif Məmmədov - 2014

AzadlıqLive - Eks-diplomat naziri qətiyyətsizlikdə günahlandırır

Azərbaycanda və dünyada baş verən xəbərlər...

Azərbaycanda və dünyada baş verən xəbərlər...

Körpəli qaçqına badalaq vuran jurnalist işdən qovuldu

Macarıstanın milli televiziyası olan “N1TV” kanalının qadın operatoru Petra Laszlo polislərdən qaçan və əlində körpəsi olan miqranta badalaq vuraraq, yerə yıxdığı üçün işdən qovulub.

Bunu əks etdirən video sosial şəbəkələrdə əks-səda doğurandan sonra televiziya rəhbərliyi onu işdən çıxarmalı olub.

Kanalın baş redaktoru Sabo Kisber deyib ki, “Bizim həmkarımız Reske düşərgəsində (mühacirlərin saxlanıldığı yer) özünü düzgün aparmadı”.

Səudiyyə Almaniyada 200 məscid tikməyi təklif edir

Səudiyyə Ərəbistanı Almaniyada Suriyadan olan qaçqınlar üçün 200 məscid tikməyi təklif edib.Bunu Almaniyanın Frankfurter Allgemeine Zeitung qəzeti yazıb.​Daha ətraflı burdan oxuya bilərsiz

AzadlıqTV: Avropanın planı

Avropa Komssiyasının sədri Avropaya böyük qaçqın axını böhranı ilə bağlı fövqəladə plan təqdim edib

Hərbi toplanış: "panikaya əsas yoxdur"

Azərbaycanda ehtiyatda olan əsgər və zabitlərin hərbi toplanışlara çağırılması bir narahatlıq yaradıb ki, niyə çağırırlar, bəlkə ciddi nəsə var? Hərbi ekspert Üzeyir Cəfərli AzadlıqLive-a deyir ki, panikaya heç bir əsas yoxdur. Bu, Komanda Qərargah Hərbi Oyunları adlı təlimdir. Təlim planda əvvəlcədən nəzərdə tutulub.Özü də vaxtı, müddəti də elan olunub- sentyabrın 6-dan 13-nə kimi.

AzadlıqLive hərbi ekspertdən soruşub ki, adamlar necə narahat olmasın ki, Azərbaycanın xəbər saytlarında hətta belə başlıqlar var ki, "onları gecə ilə təlimə apardılar". Təbii ki, adamı gecə gəlib, aparanda qohumları doğrudan da narahat ola bilər ki, görəsən nə olub? Üzeyir Cəfərli bu narahatlığı da əsasssız sayır. O deyir ki, təlim keçirəndə bunun gecə ya gündüz olmağına baxmırlar, ehtiyatda olan hərbçini gəlib gecə də çağıra bilərlər.

AzadlıqLive-ın bir sualı da belədir ki, indiki hərbi təlimlər Azərbaycan-Ermənistan sərhəddindəki son gərginliklə bağlı deyil ki? Üzeyir Cəfərli deyir ki, bunların eyni vaxta düşməyi tam təsadüfdür.

Gözlə

No media source currently available

0:00 0:11:29 0:00
Direct-ə keçid

Davamı

XS
SM
MD
LG