AzadlıqTV: Putin vaxtında gəlsə, Papa ilə görüşə bilər
Rusiya Suriyada hərbi iştirakını getdikcə artırır. Putin həmişə görüşlərə gecikir
Avropa Parlamentindən Azərbaycana qarşı sərt qətnamə
Avropa Parlamenti Azərbaycanla bağlı çox sərt qətnamə qəbul edib. Qətnamədə deyilir ki, "bütün siyasi məhbuslar azad olunsun", "vətəndaş cəmiyyətinə qarşı repressiyalar kəskin şəkildə pislənilir" və s. Hətta deyilir ki, Avropa Birliyi rəhbərləri Xədicə İsmayılın İlham Əliyev və onun ailəsi haqda araşdırmasında üzə çıxarılan korrupsiyanı araşdırsınlar.
Mehriban Əliyeva: "digər dinə hörmət öz dinindən başlayır"
Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfransda Azərbaycanın birinci ledisi Mehriban Əliyeva çıxış edib. O deyib: “Azərbaycan nadir ölkələrdən biridir ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür.Azərbaycan dünyəvi müsəlman ölkəsidir." "...hər bir insanın digər dinə hörməti öz dinindən başlayır və hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir." "Vatikan tarixində ilk dəfədir ki, müsəlman ölkəsində fəaliyyət göstərən təşkilat (Heydər Əliyev Fondu- AzadlıqLive) Romada müqəddəs xristian abidələrinin bərpasına kömək edir. Paytaxt Bakıda yaşayan yəhudi uşaqlar üçün Fondun dəstəyi ilə “Xabad-Or-Avner” təhsil mərkəzi inşa edilib. Həmçinin Fond Azərbaycanda yerləşən katolik, pravoslav kilsələrin, sinaqoqların təmirinə öz töhfəsini verir."
"Heydər Əliyev Fondu Fransada...2005-ci ildə Strasburq Kafedral Kilsəsinin bərpasına maliyyə yardımı göstərib. Fond Fransanın müxtəlif regionlarında qədim kilsələrin bərpasında iştirak edir. Aşağı Normandiya regionunda 20-yə yaxın katolik kilsəsinin bərpasına Fond öz dəstəyini göstərib”.
Ancaq "Azərbaycanın işğal olunmuş torpaqlarında 876 tarixi, mədəni və dini abidə mövcud idi və demək olar ki, onların hamısı tamamilə məhv edilib."
Dünyanı dəyişən 11 sentyabr
Sentyabrın 11-də Nyu Yorkda on minlərlə amerikalı ABŞ-a terror hücumlarının 14-cü ildönümünü qeyd etmək üçün xatirə lövhəsinin qarşısına toplaşacaqlar.
Əvvəl Dünya Ticarət Mərkəzi olan yerdə indi xatirə sarayı və muzey tikilib. Zənglər çalınacaq, terrorda həlak olmuş 3 min nəfərin adları oxunacaq.
2001-ci il sentyabrın 11-də Al-Qaida terrorçuları dörd sərnişin təyyarəsini qaçırdı və göydələnlərə çırpdı.