Qətnaməyə görə Azərbaycan Avropa Komissiyasının səfərini təxirə saldı
Avropa İttifaqı Komissiyasının nümayəndə heyətinin Bakıya səfəri Azərbaycan tərəfindən təxirə salınıb. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb. Açıqlamada səbəb kimi "Avropa Parlamentinin 10 sentyabr 2015-ci il tarixində Azərbaycan haqqında qəbul etdiyi qərəzli qətnamə" göstərilir.
"Ümumiyyətlə, anti-Azərbaycan və anti-İslam meyllərin güclü olduğu Avropa İttifaqı ilə əlaqələri yenidən nəzərdən keçirməliyik", - deyə açıqlamada vurğulanır
Prezident öz qızını baş nazirin müavini təyin etdi
Qazaxıstan prezidenti Nursultan Nazarbayev qızı Dariganı baş nazirin müavini təyin edib. 52 yaşlı Dariga 2004-cü ildən deputat idi, o həmin vaxt parlamentin aşağı palatası olan Məclisin vitse-spikeri seçilmişdi. Ətraflı
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycana seçkilərə müşahidəçi göndərməkdən imtina etdi.
"Leyla ilə ayrıldıqdan sonra ikinci dəfə ailə həyatı qurmaq haqqında düşünmürəm"
ANS PRESS-in məlumatına görə, bu sözləri müğənni və iş adamı Emin Ağalarov Rusiya KİV-ə müsahibəsi zamanı deyib.
"Baxmayaraq ki, Leyla ilə münasibətimiz gözəldi, lakin ailə həyatımız uğursuz oldu. Mən boşanmanı uğursuzluq hesab edirəm. İkinci dəfə ailə həyatı qurmaq haqqında hələ ki düşünmürəm. Buna heç vaxtım da yoxdur. Mənim uşaqlarımın tərbiyəsi bütün gücümü və vaxtımı alır. Həmçinin, musiqi karyeramla məşğul oluram və idarə etdiyim böyük biznesim var. Yeni ailə həyatı, qismət olsa, yaranacaq. Hər şeyin öz vaxtı var"- deyə Emin Ağalarov əlavə edib.