Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:42

Ali Məhkəmə icra başçısının oğlu barədə qərarı ləğv elədi


İllüstrasiya
İllüstrasiya

►Cəzanın azaldılmasını bəyənmədi

Bakının Səbail rayonunun keçmiş, Nəsimi rayonunun isə hazırkı icra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli barədə məhkəmə qərarı ləğv olunub.

Söhbət "Mc Donald's"ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümünə səbəb olan yol qəzası ilə bağlı cinayət işindən gedir.

Bu iş üzrə İlham Əsgərli ilə yanaşı, Qəbələ rayonunun Karxana kənd sakini Əhliman Süleymanov da məhkum olunub.

Buna da bax: Manat qəzetlərə də zərbə vurdu

"CƏZANIN ƏN YÜKSƏK HƏDDİ YOLVERİLMƏZDİR"

Dekabrın 23-də Ali Məhkəmədə Əhliman Süleymanovun kassasiya şikayətinə baxılıb. Əhliman Süleymanovun özünün də iştirakı ilə keçirilən məhkəmədə vəkili Ramil Qocayev çıxış edərək, onun günahsız olduğunu bildirib. Müdafiəçi həmçinin ona münasibətdə cəzanın ən yüksək həddinin tətbiqinin yolverilməz olduğunu vurğulayıb.

Kassasiya şikayəti əsaslı hesab olunub. Ali Məhkəmə bu iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək, işi yenidən baxılması üçün aşağı instansiyaya qaytarıb.

Sözügedən yol qəzası 2014-cü il sentyabrın 27-də Türkan-Zığ yolunda baş verib. İlham Əsgərlinin idarə etdiyi "Mercedes S500" markalı avtomobil arxadan Əhliman Süleymanovun idarə etdiyi "Howo" markalı yük maşınına çırpılıb. Nəticədə həmin vaxt "Mercedes"də olmuş Sənan Mirzəyev dünyasını dəyişib.

Mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, Əhliman Süleymanov 6 il, İlham Əsgərli isə 5 il 6 ay azadlıqdan məhrum edilib.

Buna da bax: Kadırov onu WhatsApp-da "biabır edən" qadını danlayır- [Video]

MAQSUD MİRZƏYEV DƏ ŞİKAYƏT VERİB

İlham Əsgərli avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb ki, bu maddənin də sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub. Əhliman Süleymanov isə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilirdi ki, bu maddədəki əməl 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Sonradan Bakı Apellyasiya Məhkəməsində bu işə baxılarkən hökm İlham Əsgərli ilə bağlı hissədə dəyişdirilib. İlham Əsgərliyə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsini tətbiq edib və icra başçısının oğlunun cəzası 3 ilə endirilib. Əhliman Süleymanovun cəzası isə olduğu kimi saxlanılıb.

Onu da əlavə edək ki, Əhliman Süleymanovla yanaşı, zərərçəkmiş Maqsud Mirzəyev də Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı qalıb. Zərərçəkmişin vəkili Afət Qazıyeva da Ali Məhkəməyə kassasiya şikayəti verib. Bundan başqa, Maqsud Mirzəyev apellyasiya məhkəməsinin qərarından sonra prezidentə məktub yazıb işə obyektiv baxılması üçün kömək istəyib.

XS
SM
MD
LG