Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 10:30

İlhamla Fərizəyə 'Sədaqət' xalçası toxundu


İlham Allahverdiyev və Fərizə Nəbiyevaya həsr olunmuş "Sədaqət" xalçası
İlham Allahverdiyev və Fərizə Nəbiyevaya həsr olunmuş "Sədaqət" xalçası

Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosu-na verilən xəbərə görə, tədbirdə Səməd Təbrizlinin Qanlı Yanvar şəhidləri İlham AllahverdiyevFərizə Nəbiyevaya həsr etdiyi "Sədaqət" xalçasının təqdimatı olub.

Buna da bax:​ 20 Yanvar tarixdə necə qalsın?

Xalçaçı bu işi ailəsinin köməyi və yaxından dəstəyi ilə ərsəyə gətirdiyini deyib: "İlham-Fərizə" xalçası üzərində uzun müddət iş gedib. Xalçanın rəssamlıq işi 3 ay, toxunması 7 ay çəkib. Toxunma zamanı 15 fərqli qayçıdan istifadə edilib ki, bu da xalçada rəsmlərin qabarıq forma almasına kömək edib. Bu işə 2 ay vaxt sərf edilib. Toxunuş üçün 182 yun sap boyansa da, qarışdırılan rənglərlə birgə xalçada 290-dan çox rəngdən istifadə olunub. Ölçüsü 1.05x1.55 metr olan xalçada 100 kvadrat sm-də 532 ilmə var. Bütün xalçada isə 8 yüz min ilmə yer alıb. Uzun illər qalmasını təmin etmək üçün xalçanın ərişləri ipəkdəndir".

Müəllif xalçanı yalnız İlham və Fərizənin deyil, bütün şəhidlərin müqəddəs ruhuna ərməğan hazırladığını diqqətə çatdırıb.

Buna da bax: İlhamla Fərizənin anaları prezidentə müraciət etdi

Səməd Təbrizli əmin olduğunu bildirib ki, gələcək nəsillər xalçanı Azərbaycan tarixinin nişanəsi kimi muzeylərdə görəcək və bu sənət əsəri onların mənəvi tərbiyəsində böyük rol oynayacaq.

XS
SM
MD
LG