Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:35

İntiqam Əliyev məhkəməyə qatılmayacaq


İntiqam Əliyev
İntiqam Əliyev

-

Martın 28-də Ali Məhkəmənin Plenumunda hüquq müdafiəçisi İntiqam Əliyevin işinə baxılarkən onun özü iştirak etməyəcək. İntiqam Əliyevin vəkili Cavad Cavadov belə deyir. Onun sözlərinə görə, təqsirləndirilən şəxsin Plenumun iclasına qatılma təcrübəsi yoxdur və həbsdə olan hüquq müdafiəçisininözü də iştirak üçün müraciət etməyib.

Cavad Cavadov baş prokuror Zakir Qaralovun apellyasiya protestinin yanlış anlaşıldığına diqqət çəkir. Çünki protestdə bəraətdən deyil, yalnız cəzanın ağırlığından söhbət gedir. Zakir Qaralov İntiqam Əliyevə münasibətdə bir sıra yüngülləşdirici halların, o cümlədən hüquq müdafiəçisinin səhhətindəki problemlərin nəzərə alınmamasından və şərti cəza məsələsinin müzakirə edilməməsindən narazı qalıb. Müraciətdə yalnız cəzanın dəyişdirilməsi məsələsi vurğulanır.

«Amma biz müdafiə tərəfi olaraq, əvvəlki mövqeyimizdə qalır və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyirik. Plenumun iclasında da bunu xahiş edəcəyik».Cavad Cavadov belə deyib.

Hüquq Maarifçilik Cəmiyyətinin prezidenti İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. Hüquq müdafiəçisi qanunsuz sahibkarlıq, mənimsəmə, vergidən yayınma kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmünü qüvvədə saxlayıb.

İntiqam Əliyev ittihamları rədd edir və insan haqlarının müdafiəsi üçün gördüyü işlərə, xüsusən Avropa Məhkəməsinə göndərilən şikayətlərin hazırlanmasına və bu qurumda Azərbaycan vətəndaşlarının müdafiəsini gerçəkləşdirdiyinə görə cəzalandırıldığını bildirir.

«Amnesty International» beynəlxalq insan haqları təşkilatı İntiqam Əliyevi «vicdan məhbusu» elan edib.

XS
SM
MD
LG