Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:44

Manatla da hesablasan, Azərbaycana xarici sərmayə azalır


Arxiv fotosu
Arxiv fotosu

İlin əvvəlindən bəri xarici investisiyanın həcmi azalmaqdadır. Bu ilin yanvarında onun ümumi payda çəkisi 71.5% idisə, iyulda 55.9%-ə düşüb. Apreldən bəri də aramsız azalma gedib. Nəticədə, iyulda aprellə müqayisədə 29% azalma qeydə alınıb.

Xarici investisiya həcmi dollarla ifadə olunsa, daha da azalacaq, çünki Dövlət Statistika Komitəsi (DSK) yatırımların həcmini manatla hesablayıb.

***Buna da baxın: Azərbaycan iqtisadiyyatında hər şey azalır - idxal da, ixrac da

“Bir neçə səbəb var”

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, xarici qaynaqlardan əsas kapitala yönəldilən vəsait həcminin ilin əvvəliylə müqayisədə azalmasının bir neçə səbəbi var: “Birincisi, ilin əvvəlində, özəlliklə yanvar ayında dövlət büdcəsinin icrası prosesində ənənəvi passivlik hiss olunur.

Bu, dövlət mənşəli əsas kapital qoyuluşlarının həcmini azaldır. Xatırladaq ki, əsas kapital qoyuluşlarında dövlət büdcəsindən xərcləmələr mühüm rol oynayır. Bu ilin ilk rübündə dövlət büdcəsinin xərclər hissəsi 22.7% az icra edilib. Həmin dövrdə əsaslı vəsait qoyuluşları cəmi 170 milyon manat olub. Növbəti 4 ayda isə müvafiq istiqamət üzrə 835 milyon manat xərclənib. Dövlət qoyuluşlarının artması xarici mənbələrdən cəlb olunan vəsaitlərin xüsusi çəkisini azaldıb”.

***Buna da baxın: Mənzil tikintisi geriləyir

“Durğunluq investorların ölkəni tərk etməsinə səbəb olub”

Ölkə iqtisadiyyatında gözə çarpan durğunluğun da bir cox xarici investorun ölkəni tərk etməsinə səbəb sayan ekspert daha sonra deyir: “Ötən ay Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd fonunda da bu ölkədən Azərbaycana investisiyalar azalıb. Xarici sərmayənin daha çox neft sektoruna yönəldildiyini də nəzərə alsaq, martla müqayisədə bu sahəyə yönəldilən vəsait həcmində də azalma gözə dəyir. Bu isə daha çox üçüz neft qiymətləri fonunda neft şirkətlərinin investisiya imkanlarının azalması kimi amillərlə izah edilir”.

***Buna da baxın: Ərzaq indi gömrükdə baha qiymətə rəsmiləşdirilir - səbəbi burada

“Hökumətin cəhdi hələ nəticə verməyib

R. Həsənov hökumətin neftdənkənar sektora xarici səmayə cəlb etmək istəyinin hələ baş tutmadığını da deyir: “Bu, xairici investisiya axınlarına mənfi təsir göstərən əsas faktorlardan sayılır”.

XS
SM
MD
LG