Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:52

Fəhlələrə deyirlər, pul yoxdu, "oyunlara xərclənib"


Illüstrasiya fotosu
Illüstrasiya fotosu

►“Azı 500-600 fəhlənin maaşını vermirlər. Aylardır ki, bizi süründürürlər"

Ələt-Astara avtomobil yolunu inşa edən “EVRASCON” şirkətinin fəhlələri iddia edirlər ki, 5 aydır şirkət onlara maaş vermir. Fəhlə Eldar Səfərov deyir, dəfələrlə şirkətə müraciət etsələr də, maaş problemləri həllini tapmır:

“Azı 500-600 fəhlənin maaşını vermirlər. Aylardır ki, bizi süründürürlər. Gah deyirlər, “pullar Avropa idman oyunlarına xərclənib”, gah deyirlər, “hökumətdə pul yoxdur ki, bizə versin, biz də sizə maaş verək”... Bu səbəblərin evində üç şikəst balası olan qara fəhləyə nə aidiyyəti var? Bizi işlədəndə deməmişdilər axı, “siz işləyəcəksiniz, qazancınız hansısa oyunlara xərclənəcək”.

Digər məqalə: Azərbaycan Avropa Birliyi nümayəndə heyətinin səfərini təxirə saldı

“BORCDAN ÇIXIM”

Yolçəkən fəhlələrin tələbi 5 aydır ki, almadıqları əmək haqlarının ödənilməsidir.

Əli adlı fəhlə:

“Bakı-Ələt yolunun çəkilişində fəhləlik etmişəm. Maaşımız gecikəndən sonra yolda iş də qəflətən dayandı, dedilər, “pul tükənib”. O gün, bu gün, arxalarıyca sürünürük”.

Fəhlə deyir, bir neçə günə məktəb başlayır, 4 övladını məktəbə yola salmalıdır:

“Hələ bircə qələm də ala bilməmişəm. Uşaqlar da narahatdır. Heç olmasa, bir hissəsini ödəsinlər, borcdan çıxım, övladlarımın məktəb geyimini, dəftər-qələmini alım”.

Fəhlələr deyirlər, aralarında çoxlu tələbələr var ki, sırf təhsil haqqını ödəmək üçün bu yolda ən ağır işlərə qatlaşıblar. Təhsilhaqqını ödəyə bilmədikləri üçün onların da tələbəliyi sual altına düşür.

İki gün əvvəlsə azı 400 fəhlə Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən hissəsində Kür çayı üzərindəki körpüyə toplaşaraq yolu kəsiblər.

“Yolu bağladıq, 1 saata yaxın etirazımızı bu şəkildə bildirdik. Polislər gəldi, adamları dağıtdı ərazidən”.

Buna da bax: Botanika Bağının ərazisi belə yanır- [video]

ŞİRKƏTDƏN CAVAB VERƏN TAPILMAYIB

Fəhlələrin maaş iddialarını aydınlaşdırmaq üçün internet üzərindən bir az araşdırma aparıb “EVRASCON” (Azərkörpü ASC) şirkəti ilə maraqlandıq. Rəsmi ünvanı Bakı şəhəri, İ.Qutqaşenli küçəsi, 4 göstərilib.

Şirkət körpülər, avtomobil yolları, tunellər, hidrotexniki və meliorasiya qurğuları, energetika obyektlərinin inşası və s. işlərlə məşğuldur. Personalının 3 min nəfər olduğu qeyd edilir. Həm Azərbaycanda, həm də ölkə xaricində tikinti, quraşdırma işləri həyata keçirir. Ancaq bu çəkidə şirkətdə, aylarla ağır işdə çalışmış və məvacibini ala bilmədiyini iddia edən yüzlərlə fəhlənin aqibətinə münasibət bildirən bir kəs tapılmadı.

(012) 510-47-21, 22 saylı nömrələrə zəng vursaq da, hüquqşünasın işdə olmadığını, rəhbərliyin iclasda olduğunu, mühasibatlığın isə belə sualları cavablandırmaq səlahiyyəti olmadığını bildirdilər.

"Söhbət böyük bir şirkətdən azı 500 fəhlənin tələb etdiyi məvacibdən gedir. Belə bir məsələyə münasibət bildirməyə bir səlahiyyətli yoxdurmu" – sualımıza operator “yenə də arada zəng vurun, ya da gələn həftə zəng vurun” deməklə dəstəyi asdı.

Buna da bax: Hikmət Hacızadə: «Nəsə «moment» gəlib deyəsən...»

DEYİBLƏR MƏVACİBLƏR ÖDƏNƏCƏK

Salyan rayon polis şöbəsindən bildiriblər ki, aksiya günü fəhlələrin yanına şirkət nümayəndələri gəliblər və tezliklə məvaciblərinin ödəniləcəyini bildiriblər.

Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun tikintisi 10 ildən çoxdur həyata keçirilir. Fəhlələr deyirlər, hazırda yolda işlər dayandırılıb.

İki il qabaq Ələt-Astara “İpək yolu”nun Lənkəranın Liman şəhərinin ərazisindən keçən hissəsində işləyənlər də əmək haqlarını ala bilmədiklərini deyirdilər.

Həmçinin oxu: Nazarbayev qızını baş nazirin müavini qoydu

XS
SM
MD
LG