Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:00

Ölkələr iqlim öhdəliklərinə əməl etmir. Planeti nə gözləyir


Şimal rayonlarında yanğın: 'Evimdə iki dənə şalban yandı. Baltayla kəsib söndürdüm'
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

Şimal rayonlarında yanğın: 'Evimdə iki dənə şalban yandı. Baltayla kəsib söndürdüm'

BMT bildirir ki, istixana qazı emissiyaları kəskin azaldılmasa, planet 2100-cü ilədək ortalama 2.1- 2.9 dərəcə Selsi daha isti olacaq

Dünyanın əksər ölkələri iqlim dəyişikliyi ilə mübarizə öhdəliklərinə əməl etmirlər. Bu isə Yer üzündə daşqınların, meşə yanğınlarının, quraqlığın, isti dalğalarının intensivləşəcəyi deməkdir. Bu haqda BMT-nin oktyabrın 26-da yaydığı hesabata istinadla “New York Times” qəzeti yazır.

Ötən il iqlim dəyişikliyi ilə bağlı tədbirləri gücləndirmək öhdəliyi götürmüş 193 ölkədən yalnız 26-sı vədinə əməl edib. Atmosferi ən çox çirkləndirən iki ölkə – Çin və Birləşmiş Ştatlar müəyyən tədbirlər görsələr də, bu il üçün əlavə öhdəlik götürməyiblər. İki ölkə arasında iqlim danışıqları aylardır dondurulub.

Hədəf 1.5 dərəcədir

BMT bildirir ki, istixana qazı emissiyaları kəskin azaldılmasa, planet 2100-cü ilədək ortalama 2.1- 2.9 dərəcə Selsi daha isti olacaq.

2015-ci ildə imzalanmış Paris razılaşmasında istiləşmə hədəfi kimi 1.5 dərəcə Selsi qoyulub.

Planetin istiləşməsi isə onmilyonlarla insanın həyati təhlükəli isti dalğaları, ərzaq və su qıtlığı ilə üzləşməsi deməkdir. Milyonlarla məməli, böcək, quş, bitki növü yox ola bilər.

Qobustanda orta əsr yaşayışı: İnsanlar gölməçə suyu içir
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

İki həftə sonra BMT Misirin Şarm əl Şeyx şəhərində iqlim danışıqlarında ölkələrin yerinə yetirmədiyi vədləri müzakirə edəcək.

Qəzet yazır ki, Avropada müharibə, beynəlxalq enerji böhranı, qlobal inflyasiya və Britaniya, Braziliya kimi ölkələrdə siyasi çaxnaşmalar liderlərin diqqətini yayındırıb, iqlim dəyişikliyi ilə mübarizədə birgə səyləri çətinləşdirib.

Cəmi 7 faiz azalma...

Almaniyada yerləşən Yeni İqlim İnstitutunun təsisçisi Niklas Höhne qəzetə deyib ki, yubanma “həddən artır məyusedicidir”: “Hökumətlər emissiyaları azaltmaq üçün güclü hədəflər qoymalı, iqtisadiyyatlarını karbonsuzlaşdırmalıdır”.

Ötən il Qlazqoda iqlim sammitində ölkələr planeti təhlükəli dərəcədə istiləşdirən neft, qaz, kömür yandırmağın səbəb olduğu emissiyalarını azaltmaq səylərini ikiqat artırmağa boyun olublar. Onlar həmçinin inkişaf etməkdə olan ölkələrin mədən yanacağından külək, günəş, digər bərpaolunan enerji mənbələrinə keçməsi üçün texnologiyalara yardımı artırmağa razılaşıblar.

'Monopoliyadır, imkan vermirlər!' - Azərbaycanda külək enerjisi niyə zəif inkişaf edib
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

Dünya Resurslar İnstitutunun aparıcı əməkdaşı Tarın Fransen qlobal temperatur artımının indiki trayektoriyasını “təhlükəli dərəcədə yüksək” adlandırıb.

İnstitutun təhlilində deyilir ki, ölkələr hətta hazırkı vədləri yerinə yetirsələr, qlobal istixana qaz emissiyalarını 2019-cu ildəkindən 7 faizədək azaltmış olacaqlar. Halbuki, qlobal istiləşməni 1.5 dərəcə Selsidə saxlamaq üçün bundan altı dəfə artıq – 43 faizlik ixtisar tələb olunur.

XS
SM
MD
LG