Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:59

Dialoqda cəmiyyətin qazancı nə oldu? 


Siyasi partiya nümayəndələrinin hakimiyyət nümayəndələri ilə görüşü, 15 dekabr 2014
Siyasi partiya nümayəndələrinin hakimiyyət nümayəndələri ilə görüşü, 15 dekabr 2014

2020-ci ildə iqtidarla müxalifət arasında siyasi dialoqun yeni mərhələsinin başlandığı elan olunub. Rəsmi məlumatlara görə, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbənin rəhbəri 50-yə yaxın siyasi partiya rəhbəri və nümayəndələri ilə görüşüb.

2020-ci ildə Azərbaycanda iqtidarla müxalifətin arasında siyasi dialoqun yeni mərhələsinin başlanması elan olunub.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin müdiri Ədalət Vəliyevin 49 siyasi partiya rəhbəri ilə görüş keçirdiyi açıqlanıb.

O, bildirib ki, iqtidar-müxalifət dialoqu bütün digər məsələlərlə yanaşı, ilk növbədə, dövlətin inkişafına xidmət etməlidir.

«Yeni siyasi konfiqurasiya»

Həmin proses «yeni siyasi konfiqurasiya» adı ilə təqdim edilib.

Yalnız iki partiya – Azərbaycan Xalq Cəbhəsi Partiyası ( AXCP ) və Müsavat Partiyası həmin siyasi konfiqurasiyada iştirak etmir.

Bəs bir ildən çox davam edən bu iqtidar-müxalifət dialoqunun hansı ictimai-siyasi nəticəsi var? Cəmiyyət onları hiss edirmi?

«Əminəm ki, bunun nəticələri də xalqımız üçün və… müsbət olacaqdır»

İlham Əliyev, 20 may 2021
İlham Əliyev, 20 may 2021

Hələ, 2020-ci ilin martın 19-da Prezident İlham Əliyev Novruz bayramı ilə bağlı təbrik çıxışında bildirmişdi ki, Prezident Administrasiyası bütün siyasi partiyalara dialoq təklifi edib:

«Bu da çox ciddi addımdır. Sirr deyil ki, bu gün Azərbaycan iqtidarı tarixdə olmadığı qədər güclüdür. Biz hesab edirik ki, güclü ilk addımı atmalıdır, ilk təklifi verməlidir və belə demək mümkündürsə, yolunu azmışlara da yol göstərməlidir. Yəni, biz bunu etdik və şadam ki, siyasi spektrin mütləq əksəriyyəti bu təşəbbüsə müsbət reaksiya vermişdir, faktiki olaraq siyasi dialoq artıq başlamışdır. Əminəm ki, bunun nəticələri də xalqımız üçün və ölkəmizin gələcək inkişafı üçün müsbət olacaqdır».

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü, dialoqda iştirak edən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da «Turan» Agentliyinə bildirib ki, iqtidar-müxalifət münasibətlərinin normal müstəvi üzərində davam etməsi cəmiyyətin uğuru hesab olunur :

«Bu, artıq siyasi mühitin sabitliyi və eyni zamanda yüksək siyasi mədəniyyətin formalaşması deməkdir. Bu baxımından ölkə Prezidentinin həyata keçirmiş olduğu genişmiqyaslı islahatlar içərisində siyasi islahatlar da əhəmiyyətli yer tutur».

«Artıq Milli Məclisdə olan müxalifət partiyaları...»

Deputat qeyd edib ki, yeni siyasi konfiqurasiyanın yaradılması və inkişafı üçün ciddi addımlar atılmaqdadır:

«Artıq Milli Məclisdə olan müxalifət partiyaları parlamentin rəhbərliyində təmsil olunur. Eyni zamanda islahatlar nəticəsində Prezident Administrasiyasında yeni Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin yaradılması və ora kifayət qədər cəmiyyətimizdə müsbət imici olan Ədalət Vəliyevin gətirilməsi pozitiv rol oynadı».

Azərbaycanın adı keçən 'Pegasus' qalmaqalı böyüyür
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00

Onun sözlərinə görə, artıq Milli Məclisdən kənar fəaliyyət göstərən siyasi partiyalarla da kommunikasiyalar qurulub, onlar ən müxtəlif layihələrdə iştirak edir : «İki partiya – AXCP və Müsavat istisna olmaqla bütün partiyalar videokonfranslardan tutmuş ta ki, işğaldan azad olunmuş torpaqları ziyarətinə qədər bütün tədbirlərdə iştirak edir. Ümidvaram ki, bundan sonra da siyasi dialoq öz müsbət nəticəsini verəcək».

Fəzail Ağamalı, 13 mart 2013
Fəzail Ağamalı, 13 mart 2013

F.Ağamalı vurğulayıb ki, ötın il 44 günlük müharibə ( İkinci Qarabağ müharibəsi) dövründə də bütün siyasi partiyalar dövlətin, Ali Baş komandanın, ordunun yanında oldu və bununla bağlı bəyanat imzalandı: «Bu da aparılan dialoqun çox müsbət tərəflərindən biridir».

«Eyni zamanda dövlətimizin atılmış addımları təqdir oluna bilər»

Komitə üzvünün fikrincə, bundan sonra da siyasi partiyalar öz nizamnamələri və səlahiyyətləri çərçivəsində Azərbaycan torpaqlarında aparılan quruculuq işlərində iştirak edə biləcəklər :

«Bərpa işlərini müşahidə edib ona öz fikirlərini ifadə edə bilərlər. Əgər nöqsan varsa, onu da göstərə bilərlər. Eyni zamanda dövlətimizin atılmış addımları təqdir oluna bilər».

O, bildirib ki, ümumiyyətlə aparılan dialoq öz müsbət nəticəsini verməkdədir və bundan sonra da daha müsbət konkret nəticələr əldə olunacaq.

Dialoqa getməyənlərin izahı…

Amma bu dialoqda iştirak etməyənlər isə ferqli düşünürlər. Onlar hesab edirlər ki, dialoq əslində konkret məsələlər ətrafında gerçəkləşməli, bu bütünlükdə xalqın, cəmiyyətin və o cümlədən demokratik qüvvələrin maraqlarına xidmət etməlidir. Onlar düşünürlər ki, əks halda bu dialoq yox onun imitasiyası olacaq, bundan da yalnız hakimiyyət və bəzi fərdlər faydalancaq.

Politoloq Nəsimi Məmmədli də hesab edir ki, baş verənlər dialoq deyil.

«Cəmiyyət üçün bu söhbətlər açıq deyil»

Nəsimi Məmmədli, arxiv foto
Nəsimi Məmmədli, arxiv foto

O, AzadlıqRadiosuna bildirib ki, dialoq konkret olaraq hər hansı problemin həllinə yönəlik müxtəlif baxışların masaya yatırılaraq müzakirə edilməsi və onların həll yollarının tapılması olmalıdır:

«Amma burada əsasən hakimiyyət nümayəndəsi ayrı-ayrı siyasi partiyaların rəhbərlərini dəvət edir, onların şəxsi problemləri, onların maraqlandığı məsələlərlə bağlı söhbətlər edirlər».

Ekspert qeyd edib ki, cəmiyyət üçün bu söhbətlər açıq deyil :

«Yəni, bunun təfərrüatı bəlli deyil ki, bu söhbətlər konkret olaraq hansı məsələləri əhatə edir. Görüşlərdə sosial məsələlər, iqtisadi məsələlər, yaxud humanitar problemlər və ya Qarabağ problemi ilə bağlı müzakirələr gedir? Bu bəlli deyil. Ona görə də bu danışıqları dialoq adlandırmaq mümkün deyil».

N.Məmmədli hesab edir ki, bu danışıqların cəmiyyət üçün heç bir təsiri yoxdur :

«Çünki həmin görüşlərdən sonra heç bir pozitiv dəyişikliklər də gözə dəymir».

Amma dialoqda iştirak edən bəzi müxalifət partiyaları da belə fikirlərlə razılaşmırlar. Onlar da deyirlər ki, heç də müzakirələrdə şəxsi məsələləri gündəliyə gətirmirlər, məqsədləri isə cəmiyyətin maraqlarını təmin etməkdir.

XS
SM
MD
LG