Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:26

İran səfiri qalmaqallı veriliş haqda: "Yumor xoş deyildi"


Təbriz Universitetində qalmaqallı proqrama etirazlar, 10 noyabr 2015
Təbriz Universitetində qalmaqallı proqrama etirazlar, 10 noyabr 2015

►“İran televiziyasında efirə gedən verilişdə hazırlanan yumor və deyilən sözlər xoş deyildi".

APA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İran televiziyasında efirə gedən verilişdə azərbaycanlıların təhqir olunması və İrandakı azərbaycanlıların buna etirazına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu, qəsdən edilməyi, "Fitilə" proqramında səhvə yol verilib:

"Bu proqram 10 ildir, nümayiş olunur, yeniyetmələr və uşaqlar üçün nəzərdə tutulub. Veriliş heç bir halda İranda yaşayan etniklərə, o cümlədən azərbaycanlılara hörmətsizlik etmək fikrində olmayıb. Hətta proqramı hazırlayan və efirə verən də Azərbaycan dillidir. Verilişdən sonra o, İran televiziyasında Azərbaycan dilində çıxış edərək azərbaycanlılardan üzr istəyib. İranın radio və televiziya təşkilatının sədri də bu hadisəyə görə üzrxahlıq edib. Televiziyada olan digər məsul şəxslər üzr istəyərək bildiriblər ki, bu, qəsdən edilməyib, səhvən olub.

Bu hadisə başqa ölkədə də baş verə bilər. Təəssüfləndirici hal bundan ibarətdir ki, üçüncü qüvvələrə bağlı olan qruplar bu hadisədən istifadə edib iki ölkə arasındakı münasibətləri korlamağa çalışdı və separatçı şüarlar səsləndirdi.

Buna da bax: Azərbaycandakı İnternet səni qane edirmi?- [Fikrini de]

Hətta bu gün də 30 nəfərlik kiçik qrup səfirliyin qarşısında etiraz aksiyası keçirməyə cəhd etdi, separatçı şüarlar dilə gətirdi. İran azərbaycanlılarının sayı 30 milyondan çoxdur. Onlar da bu verilişə görə narahatlıqlarını bildirdilər.

Onlar heç zaman icazə verməzlər ki, hansısa qruplar bu məsələdən istifadə edib ambisiyalar irəli sürsün, İrana qarşı hər hansı separatçılıq iddiaları səsləndirilsin. Mən Azərbaycanın məntiqli, ziyalı və müdrik xalqına təşəkkür edirəm ki, kiçik qrupların elədiyi bu səs-küyə uymayıb, onların iddialarını heçə saydı".

Bir neçə gün əvvəl İranın azərbaycanlılar yaşayan şəhərlərində İRİB TV-2 kanalında yayımlanmış verilişə etiraz olaraq nümayişlər keçirilir.

Uşaqlar üçün nəzərdə tutulmuş komediya proqramında bəhs olunan hekayədə azərbaycanlı uşaq tualet fırçası ilə diş fırçasın səhv salır və dişlərini tualet fırçasıyla təmizləyir.

Bundan sonra uşağın atası otel sahibindən üzr istəyir və oteldən gələn pis qoxuya uşağın səbəb olduğunu bildirir.

Qalmaqallı proqram və ona etirazlar haqda ətraflı burda oxu

XS
SM
MD
LG