Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:33

İran İsrailə bağlı olduqları iddia edilən dörd nəfəri edam edib


İran dekabrın 29-da biri qadın olmaqla 4 nəfəri “sabotaj” ittihamı edam edib. Tehran habelə bu adamların İsrailin Mossad məxfi xidmətinə bağlı olduqlarını iddia edir.

Reuters bildirir ki, beləliklə, İranda İsraillə bağlı olduqları iddia edilərək edam olunanların sayı 5-ə çatıb.

İran İsraili özünün nüvə qurğularına hücumlarda ittiham edir. İsrail bu ittihamlrı nə təkzib, nə də təsdiq edib.

Ədliyyə sisteminə yaxın olan Mizan agentliyi bildirir ki, sözü gedən dörd nəfərin İsraillə və onun Mossad təşkilatı ilə bağlı olduqları hüquqi prosedurlarla sübuta yetirilib.

Reuters yazır ki, İran bundan əvvəl Sistan-Bəlucistan ostanında Mossad agenti olmaqda ittiham etdiyi şəxsi edam etmişdi.

Dekabrın 29-da edamlar Qərbi Azərbaycanda icra olunub.

Yarırəsmi Təsnim agentliyi bildirib ki, edam olunanların adları Vəfa Hənare, Aram OmariRəhman Pərhəzodur. Edam olunmuş qadının Nəsim Namazi olduğu xəbər verilir.

Bu da xəbər verilir ki, edam olunan 4 nəfər 10 fiqurantın olduğu cinayət işi ilə bağlıdır. Bununla belə bu on nəfərin qalanının da edam edilib-edilməyəcəyi bilinmir.

Türkiyədəki Mossad agenti

Bundan əvvəl rəsmi IRNA agentliyi edam olunanların 8 dəqiqəlik "etiraf" videosunu yayınlamışdı.

Onlar həmin videoda Türkiyədə olan, habelə Toni və Ərəş adlarından isitfadə edən Mossad agenti ilə bağlı olduqlarını etiraf ediblər.

Etiraflara görə qrupun missiyasına adam oğurluğu, şantaj, adları çəkilməyən hədəflərin maşın və evlərinin yandırılması və onların mobil telefonlarının oğurlanması daxil idi.

Videosüjetdə bu da qeyd olunurdu ki, İran kəşfiyyat xidmətləri sözü gedən təxribat qrupunu 2022-ci ilin yanvarından onun üzvlərinin həbs olunduqları may ayınadək 4 ay müddətində izləyib.

Müttəhimlərdən biri videoda deyir ki, onları daha böyük missiyalar üçün təlimləndirirdilər.

Sözü gedən həbslərin həyata keçirildiyi vaxt İran mediası xəbər verirdi ki, 10 müttəhim Mossad xəfiyyələri ilə əlaqə üçün videobağlantıdan istifadə edir, İranın təhlükəsizlik xidmətinə bağlı adamların maşın və evlərinə od vurur və bunun müqabilində nəqd pul alırdılar.

Qarşılıqlı ittihamlar

İran İsraili onun nüvə proqramına bağlı qurğulara hücumlarda və nüvə alimlərinin qətllərində ittiham edir. İsrail bu ittihamları nə təsdiq, nə də təkzib edib.

Avqust ayında Tehran İsraili onun müdafiə sənayesini və raket istehsalını hədəfləyən hücumların arxasında olmaqda ittiham etmişdi.

İyul ayında İranın kəşfiyyat naziri iddia etmişdi ki, İsrail üçün işləyən casuslar şəbəkəsi, onlar “həssas yerlərə” hücum etməyə macal tapmamış aşkar edilib.

Ötən ilin yanvar ayında İsrail bildirmişdi ki, bir israilli qadını ələ almış İran casus qruplaşması ifşa edilib. Bu da xəbər verilirdi ki, qruplaşma Facebook sosial media şəbəkəsindən istifadə edirdi.

2021-ci ilin aprelində Tehran İsraili “nüvə terorunda” ittiham etmişdi. Tehran bildirirdi ki, İsfahan ostanında olan Natanz uranzənginləşdirmə qurğusu hədəflənib.

XS
SM
MD
LG